Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasının iştirakçıları mükafatlandırılıb
Bakı, 5 iyul, AZƏRTAC
Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasının iştirakçıları Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) və “Azərkosmos” ASC tərəfindən xatirə hədiyyələri ilə mükafatlandırılıb.
RUGİM-dan AZƏRTAC-a bildirilib ki, mükafatlandırma mərasimində mərkəzin direktoru Firuzə Sultanzadə, Azərbaycan Milli Elmlər Akademiyası N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının aparıcı elmi işçisi Ədalət Ətai, Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinin baş mütəxəssisi Qorxmaz Mustafayev, komanda rəhbəri Abdullah Bazarov və Tusi-Bohm planetariumun rəhbəri Famil Mustafa iştirak edib.
Xatırladaq ki, Azərbaycan məktəbliləri 2020-ci il sentyabrın 25-dən oktyabrın 25-dək onlayn formatda təşkil olunan Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirak ediblər. Olimpiadada 37 ölkədən 278 iştirakçı fərdi və komanda yarışlarında öz bilik və bacarıqlarını sınayıb.
Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası ilk dəfə 2007-ci ildə Tailandda təşkil olunub. Azərbaycan bu olimpiadaya ilk dəfə qatılıb və iştirakçılar Sirac Yəhyazadə, Ayhan Süleymanzadə, Murad Bəşirov, Hikmət Quliyev və Rəvan Quluzadə komanda yarışlarındakı uğurlarına görə həvəsləndirici diplom və iştirakçı sertifikatları ilə təltif olunublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:18]
BDU-da “Sosial Tərəfdaş” layihəsi çərçivəsində məlumatlandırma sessiyası
- 15.10.2026 [17:02]
Türk Dövlətlərinin Koqnitiv Dilçilik Mərkəzi yaradılıb
- 15.10.2026 [16:49]
BSU ilə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu yeni layihəyə başlayıb
- 15.10.2026 [16:47]