Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Bakı, 11 aprel, AZƏRTAC
“Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında” 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Orucov Emil Mayıl oğlu, Ələkbərov Babək Faiq oğlu, Qurbanov Baloğlan Yaşar oğlu və Məmmədov Vaqif Elyaz oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.
Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.
Həmçinin ötən il dekabrın 12-də Qazax rayonu ərazisində, dövlətlərarası axtarışda olduğu üçün saxlanılmış Gürcüstan vətəndaşı Vakhtang Kurtanidzenin cinayət məsuliyyətinə cəlb edilməsi üçün verilməsinə dair Rusiya Federasiyası Baş Prokurorluğunun vəsatəti yuxarıda göstərilən Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən təmin edildiyinə görə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Rusiya Federasiyasının səlahiyyətli orqanlarına təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.04.2025 [12:05]
Milli Hidrometeorologiya Xidməti: Bəzi çaylarda sululuq artıb
- 21.04.2025 [11:59]
MEDİA-nın səkkizinci könüllülük proqramı başlayıb
- 21.04.2025 [11:48]
Dövlət Əmək Müfəttişliyi Xidməti üç beynəlxalq mükafata layiq görülüb
Roma Papası Fransisk vəfat edib
- [12:14]
Oğuzda cücə ferması yanıb
- [11:50]
Göygöldə qəza: Ölən və xəsarət alan var
- 20.04.2025 [23:33]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna yekun vurulub
- 20.04.2025 [23:05]
Formula 1 üzrə Səudiyyə Ərəbistanı Qran-Prisinin qalibi məlum olub
- 20.04.2025 [22:51]
Superliqa: “Fənərbağça” doğma meydanda xal itirib
- 20.04.2025 [22:19]
Misli Premyer Liqasında XXXI tura yekun vurulub
- 20.04.2025 [21:00]
Milli Gənc Tamaşaçılar Teatrında premyera - “Düyməcik”
- 20.04.2025 [20:46]
Peskov: Putin Pasxa atəşkəsinin uzadılması barədə göstəriş verməyib
- 20.04.2025 [20:13]
Ukraynalı ekspert: Ukrayna və ABŞ birgə əməkdaşlıqda maraqlıdır
- 20.04.2025 [19:29]
Azərbaycan Mədəniyyəti Avstriyada təbliğ olunur
- 20.04.2025 [19:22]
Dillər Universitetində “Çin dili günü” qeyd olunub
- 20.04.2025 [18:58]
Veteran stolüstü tennisçilərin Azərbaycan çempionatı başa çatıb
- 20.04.2025 [18:47]
Lahor-Bakı birbaşa aviareysi üzrə ilk uçuş həyata keçirilib
- 20.04.2025 [17:53]
Gürcüstanda Pasxa bayramı qeyd olunur
- 20.04.2025 [16:15]
Proqnoz: Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək
- 20.04.2025 [12:49]
Bakıda bədii gimnastika üzrə Dünya Kubokuna bu gün yekun vurulacaq
- 20.04.2025 [12:32]