BEYNƏLXALQ ƏHƏMİYYƏTLİ LAYİHƏNİN YENİ İSTİQAMƏTİ
Iyunun 28-də Tbilisidə “Böyük İpək yolu” birinci beynəlxalq simpoziumu işini başa çatdırmışdır. Tədbirdə ABŞ, Rusiya Federasiyası, Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Azərbaycan, Türkiyə və İran nümayəndələri iştitrak edirdilər. Üç gün davam etmiş simpozium zamanı keçirilmiş konfranslarda Gürcüstan Elamlər Akademiyası professorlarının,Türkiyə, ABŞ, Özbəkistan, Rusiya universitetləri müəllimlərinin, habelə digər ölkələrin ali məktəbləri, tədris mərkəzləri və elmi müəssisələri nümayəndələrinin müxtəlif mövzularda 46 məruzəsi dinlənilmişdir. Forum iştirakçıları və qonaqlar “Böyük İpək yolu”nun tarixən keçdiyi dövlətlərin iqtisadi, elmi və mədəni əlaqələrinin inkişafına yönəldilmiş yeni layihələrlə də tanış olmuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:55]
Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır
- 09.06.2026 [12:41]