BEYNƏLXALQ EKSPERT QRUPU AZƏRBAYCANIN YANDIRILAN ƏRAZİLƏRİNDƏ ARAŞDIRMA APARACAQ
BMT Baş Məclisi “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətə” dair qətnamə qəbul etdikdən bəri ATƏT-in sədrliyi əsaslı iş görmüşdür. Bu məlumatı AZƏRTAC-ın xüsusi müxbirinə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik vermişdir. O demişdir ki, BMT-də müzakirələrdə səslənənləri və qətnamənin bəndlərini nəzərə alan sənəd hazırlanmışdır və oktyabrın ilk günlərində bölgədə konkret işə başlanılacaqdır. Eskpert qrupunun tərkibinə tərəflərin və beynəlxalq təşkilatların mütəxəssisləri daxil olacaqdır. Onlar təmas xətti boyu bir neçə gün ərzində hər iki tərəfdə vəziyyəti öyrənəcəklər. Daha sonra işin nəticələri hesabatda əks etdiriləcəkdir.
Səfir Kaspşik demişdir ki, ümid edirəm, tərəflər ekspert qrupunun hesabatında təqdim ediləcək tövsiyələri yerinə yetirəcəklər.