BEYNƏLXALQ HƏRBİ TƏDBİRLƏRDƏN QAYITMIŞLAR
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, hərbçilərimiz NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində yanvarın 15-dən 16-dək Almaniyanın Oberammerqau şəhərində keçirilmiş “2004-cü il üçün SNT Planlaşdırma Simpoziumu”ndan, yanvarın 14-dən 16-dək Belçikanın paytaxtı Brüseldə “Avropada Adi Silahlı Qüvvələr Müqaviləsi” çərçivəsində “VERİTİ” işçi görüşündən və yanvarın 14-dən fevralın 18-dək Haqqa şəhərində (Niderland Krallığı) “Niderlandın müdafiə sistemi ilə tanışlıq” kursundan qayıtmışlar.
Ölkəmizin Silahlı Qüvvələrinin nümayəndələri tədbirlərdə NATO ilə Azərbaycan Respublikası arasında imzalanmış fərdi proqrama uyğun olaraq iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]