Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq Kitab Sərgisində AMEA-nın “Zəngəzurnamə” layihəsi çərçivəsində nəşrlər təqdim edilib

Bakı, 6 oktyabr, AZƏRTAC

XI Bakı Beynəlxalq Kitab Sərgisində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) yüksək səviyyədə təmsil olunur.

Akademiyadan AZƏRTAC-a bildirilib ki, sərgi çərçivəsində AMEA-nın keçirdiyi növbəti tədbir “Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlaradək” mövzusuna həsr olunub.

Tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli müasir dünyanın aktual çağırışları fonunda sərginin elmi və mədəni baxımdan böyük əhəmiyyət kəsb etdiyini, elm, ədəbiyyat və ictimai fikir nümayəndələrini bir araya gətirən mühüm platforma rolunu oynadığını vurğulayıb.

Akademik İsa Həbibbəyli İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin açılmasının regionda sülh və sabitliyin möhkəmlənməsinə mühüm töhfə verəcəyini qeyd edib. Alim vurğulayıb ki, dövlətimizin başçısının uzaqgörən siyasəti və qətiyyətli iradəsi nəticəsində reallaşan Zəngəzur dəhlizi layihəsi ölkəmizin Avropa ilə Asiya arasında daha səmərəli və etibarlı nəqliyyat əlaqələri qurmasına imkan yaradacaq: “Zəngəzur dəhlizinin Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirməsi strateji baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu layihə təkcə regional deyil, həm də beynəlxalq miqyasda böyük siyasi və iqtisadi önəm kəsb edir”.

AMEA rəhbəri uzun illər ərzində Zəngəzurun əsasən tarixi mənbələr əsasında öyrənildiyini, bu gün isə Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və tədqiqat işlərinin həyata keçirildiyini söyləyib, AMEA-nın müvafiq qurumlarının bu prosesdə fəal iştirak etdiklərini vurğulayıb. O, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu tərəfindən həmin ərazilərdə geniş tədqiqatlar aparıldığını, Folklor İnstitutunda 2 cildlik folklor toplamasının hazırlanaraq nəşr edildiyini bildirib.

“Tarix və Etnologiya İnstitutu mövcud tarixi mənbələr və arxiv sənədləri əsasında çoxsaylı elmi əsərlər təqdim edib, bir sıra nəşrləri tərcümə edərək elmi ictimaiyyətə çatdırıb. Dilçilik İnstitutu isə “Azərbaycan dilinin Qarabağ və Şərqi Zəngəzur dialektoloji atlası”nı hazırlayıb”, - deyə akademik İsa Həbibbəyli qeyd edib. O, AMEA-nın digər institutlarında da öz fəaliyyət istiqamətlərinə uyğun olaraq Zəngəzurla bağlı elmi tədqiqatların aparıldığını söyləyib. Akademiya “HeydərƏliyevnamə” və “Qarabağnamə” layihələri kimi, “Zəngəzurnamə” layihəsi çərçivəsində də geniş tədqiqat materialları təqdim edib.

Zəngəzur mövzusuna həsr olunmuş nəşrlər haqqında məlumat verən akademik İsa Həbibbəyli təqdim edilən hər bir kitabın elmi baxımdan dəyərli, məzmun baxımından zəngin mənbə olduğunu vurğulayıb.

Akademik İsa Həbibbəyli sərgi çərçivəsində keçirilmiş “Akademiyada: biblioqrafik nəşrlər və seriyalı akademik nəşrlər” adlı tədbirdə AMEA-nın 80 illiyi münasibətilə nəşr olunmuş 50-dən artıq monoqrafiya, biblioqrafiya və tanıtım kitabının ictimaiyyətə təqdim edildiyini xatırladıb. Bildirib ki, bugünkü tədbirdə isə AMEA tərəfindən Zəngəzurla bağlı 56 kitab təqdim olunur. Bu nəşrlər Qarabağ, Qərbi Azərbaycan və Zəngəzurla bağlı tarixi, folklor və mədəni irsi əks etdirən, bölgənin həqiqi tarixini elmi əsaslarla üzə çıxaran mühüm tədqiqat əsərləridir.

AMEA-nın prezidenti “Qarabağnamə” layihəsindən sonra, “Zəngəzurnamə” layihəsinin də Azərbaycan elminin və mədəniyyətinin inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. Vurğulayıb ki, bu gün təqdim edilən 56 kitab Prezident İlham Əliyevin Zəngəzurun inkişafı istiqamətində həyata keçirdiyi siyasətə AMEA-nın və ümumilikdə, Azərbaycan elminin dəstəyini ifadə edir. O, həmçinin kitab müəlliflərinin əməyini yüksək dəyərləndirib, onlara yeni yaradıcılıq uğurları arzulayıb, sərginin elm və mədəniyyət mübadiləsi baxımından böyük önəm daşıdığını vurğulayıb.

Akademik İsa Həbibbəyli sərgi çərçivəsində AMEA-nın bir sıra elmi müəssisələrinin Mərakeş Milli Kitabxanası ilə əməkdaşlıq memorandumu imzaladığını da xatırladaraq, bu təşəbbüsün beynəlxalq elmi əlaqələrin genişlənməsinə xidmət etdiyini söyləyib. O, çıxışının sonunda yaxın zamanda Zəngəzur mövzusuna həsr olunmuş 100 kitabın təqdimatının keçiriləcəyini qeyd edib, bu istiqamətdə AMEA-da elmi tədqiqatların ardıcıl şəkildə davam etdirildiyini və işlərin planlı surətdə həyata keçirildiyini diqqətə çatdırıb.

Sonra çıxış edən AMEA Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru, dosent Hikmət Quliyev qeyd edib ki, tədbir AMEA tərəfindən nəşr olunmuş yeni kitabların təqdimatı ilə yanaşı, oxu və kitab mədəniyyətinin formalaşdırılması baxımından da əhəmiyyətlidir.

Son illərdə AMEA-da istər fərdi müəlliflərin əsərlərinin, istərsə də çoxcildli kitabların nəşri istiqamətində ciddi irəliləyişin müşahidə olunduğunu söyləyən direktor bildirib ki, bu dinamika akademik İsa Həbibbəylinin rəhbərliyi ilə həyata keçirilən kompleks tədbirlərin nəticəsidir.

Hikmət Quliyev əlavə edib ki, sərgidə XX əsrin 80–90-cı illərində AMEA-nın folklorşünas alimlərinin Zəngəzurda folklor ekspedisiyaları zamanı topladıqları dəyərli nümunələrə həsr edilən nəşrlər də ziyarətçilərə təqdim olunur. Direktor vurğulayıb ki, “Akademiyanın Zəngəzurnaməsi: folklor toplamalarından akademik tədqiqatlaradək” adlı tədbir Qarabağ və Qərbi Azərbaycanın folkloru ilə bağlı zəngin irsin qorunması, gələcək nəsillərə çatdırılması baxımından mühüm platformadır: “Bu gün cəmiyyətimiz yalnız real sosial-mənəvi mühitdə deyil, həm də virtual sosial-mənəvi mühitdə yaşayır. Bu baxımdan rəqəmsal aləmdə xalqların öz mənəvi dəyərlərini, ədəbiyyatını, tarixini, folklor ənənələrini qoruyub saxlamaqla var olması zəruridir”.

Hikmət Quliyev sərgidə folklorşünaslıq, etnoqrafiya, dilçilik və ədəbiyyatşünaslıq istiqamətində təqdim olunan tədqiqatların rəqəmsal uçurumun aradan qaldırılmasına və milli təhlükələrə qarşı mənəvi müqavimətin gücləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb.

Tədbirdə AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri filologiya elmləri doktoru Sərxan Xavəri, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru, dosent Hüseyn Hüseynov, “Elm” nəşriyyatının direktoru filologiya üzrə fəlsəfə doktoru Səbuhi Qəhrəmanov, Arxeologiya və Antropologiya İnstitutunun direktoru tarix üzrə fəlsəfə doktoru, dosent Fərhad Quliyev, həmin institutun böyük elmi işçisi tarix elmləri doktoru Solmaz Məhərrəmova, Folklor İnstitutunun şöbə müdiri filologiya elmləri doktoru, professor Əfzələddin Əsgərov, Tarix və Etnologiya İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru, dosent Kamran İsmayılov və Fəlsəfə və Sosiologiya İnstitutunun Həmkarlar Təşkilatının sədri Asya Əhmədova çıxış edərək Zəngəzurla bağlı geniş oxucu kütləsinə təqdim edilən kitabların elmi və siyasi baxımdan böyük əhəmiyyət daşıdığını bildiriblər. Çıxışlarda bu kimi sərgi və tədbirlərin gənc nəslin maariflənməsi və elmi irsə marağın artırılması baxımından vacibliyi vurğulanıb.

XI Bakı Beynəlxalq Kitab Sərgisində 120-dən artıq yerli və 70-dən çox xarici nəşriyyat iştirak edir.

Sərgi oktyabrın 7-dək davam edəcək.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Şimali Kipr sahillərində gəmi qəzasının 15 qurbanının axtarışı davam edir

“İngilis dilinin leksikologiyası” adlı yeni dərslik nəşr olunub

Azərbaycanın Almaniyadakı səfiri Aşağı Saksoniya torpağına səfər edib

Bakıda “IRONMAN 70.3” yarışı ilə bağlı nəqliyyatın hərəkətinə tətbiq olunan məhdudiyyətlər aradan qaldırılıb

Ekspert: ŞƏT yeni ticarət yollarının yaradılması üçün mühüm platformaya çevrilib

Naxçıvan şəhərinin bəzi hissələrində su təchizatında fasilə yaranacaq

Bütün turizm obyektlərini fasiləsiz videomüşahidə sistemləri ilə mümkün qədər tam təchiz etmək lazımdır ŞƏRH

ABB-nin təcrübə proqramında Qarabağ Universitetinin 61 tələbəsi iştirak edib

Xorvatiyalı idmançı: Son kilometrdə maksimum güc sərf edərək finişə birinci çatdım

Qarabağ Universitetində yeni tədris ilinin əsas hədəfləri müəyyənləşdirilib

“Sabah” klubu uşaq futbolunun inkişafı məqsədilə 10 milyon manatlıq proqram yaradır

Avropa İttifaqı “Airbnb” və digər qısamüddətli kirayə platformaları ilə bağlı qaydaları sərtləşdirir

Mirzə Fətəli Axundzadənin irsinə dair nadir sənədlər Gürcüstan arxivində

BMTMM sədri “The Black Garden” filminə dair “The Guardian” qəzetində dərc olunmuş rəyə cavab verib

Şəkidə 600-dən yuxarı bal toplayan məzunlarla görüş olub

Sentyabrın 6-na olan hava proqnozu açıqlanıb

ABŞ, Çin və daha 18 ölkə süni intellektin tənzimlənməsinə dair ümumi prinsiplər üzrə razılığa gəlib – “Karolina prinsipləri”

Qubada beynəlxalq şahmat festivalına start verilib

“AzerGold” ali məktəb tələbələri üçün növbəti təqaüd proqramını elan edir

Milli Kitabxanada Gülnaz Abdullazadənin 80 illik yubileyinə həsr olunmuş sərgi açılıb

Almatıda Lətif Kərimovun 120 illiyinə həsr olunmuş “Zamanın nəfəsi xalq sənətində” sərgisi açılıb

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının Bakı turunda "Yasamal RETSİ" qalib olub

Azərbaycan və Seneqal arasında rəqəmsal tərəfdaşlıq genişlənir

Bakıda keçirilən “IRONMAN 70.3” triatlon yarışında finişə ilk çatan idmançı bəlli olub

Gürcüstanlı soydaşımız Tailandda keçirilən peşəkar Muay Tay döyüşündə qalib gəlib

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib VİDEO

Azərbaycandan Ermənistana növbəti neft məhsulları və tranzit yüklər göndərilib VİDEO

İçərişəhərdə Şanlıurfanın mədəniyyəti ilə bağlı keçirilən festival iki qardaş ölkə arasında mədəni körpüləri daha da möhkəmləndirir

Ekspert: Abidələrin, tarixi tikililərin və təbii qaya səthlərinin cızılması yolverilməzdir

İçərişəhərdə Şanlıurfanın zəngin mədəni irsi nümayiş olunacaq

Şanlıurfa Böyükşəhər Bələdiyyəsinin sədri: Azərbaycanla bizi ortaq mədəniyyət, tarix və dil bağlayır

Hüseyn Böyükfırat: Şanlıurfa Azərbaycan dilinə ən yaxın və böyük oxşarlıq təşkil edən bölgədir

“AzərEnerji” və Azərbaycan Mühəndislik Akademiyası enerji sektorunda mühüm layihələrə başlayır

Bu saata olan əsas xəbərlər

Göygöldə moruq festivalı: Sərgilər, konsertlər və əyləncə

Bakı və Abşeronda su sistemlərinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramının icrası davam edir

Naxçıvanda 150 sosial xidmətdən 73-ü elektron qaydada təqdim olunur

Mənsurə Əliyeva: Tibb işçilərinin əməyinə verilən yüksək qiymət peşə məsuliyyətimizi daha da artırır

Əhliyyət Mehdiyev: Daşların üzərinə şəhidlərin adlarının səliqəsiz şəkildə yazılması xoşagələn hal deyil

Naxçıvan Muxtar Respublikasının bütün rayonlarında DOST mərkəzlərinin qəbul şöbələri fəaliyyətə başlayacaq

Qusar şəhərində 18 küçə asfaltlanır

Ombudsman: Ermənistan hüquq müdafiəçisinin iddiaları sülh prosesinə zərər vurmağa yönəlib

Premyer Liqa: Son çempion liderə, "Neftçi" debütanta qarşı

DİN: Ötən gün 71 cinayətin açılması təmin olunub, 149 axtarışda olan şəxs saxlanılıb

Gənc müəllim: Qürurluyam ki, coğrafiya fənni üzrə rayona ilk medalı mənim şagirdim gətirib VİDEO

Gənc müəllim: Qürurluyam ki, coğrafiya fənni üzrə rayona ilk medalı mənim şagirdim gətirib VİDEO

Çempionlar Liqası: "Sabah"ın ev oyunlarını keçirəcəyi stadion dəqiqləşib

BDYPİ: Skuter oyuncaq deyil, qaydalara ciddi əməl edilməlidir

Çində “Saudel” qasırğasına görə 600 min nəfər təxliyə edilib VİDEO

Çində “Saudel” qasırğasına görə 600 min nəfər təxliyə edilib VİDEO

Bakıda Dördüncü İqlim Həftəsi keçiriləcək

Azərbaycan “İstanbul İqlim Maliyyəsi Sammiti”ndə təmsil olunub

Fərid Qayıbov: “IRONMAN 70.3” yarışını çoxdan gözləyirdik VİDEO

Fərid Qayıbov: “IRONMAN 70.3” yarışını çoxdan gözləyirdik VİDEO

Tramp: Dünya çempionatı ABŞ iqtisadiyyatına 18 milyard dollardan çox gəlir gətirib

Bakının ev sahibliyi etdiyi “IRONMAN 70.3” triatlon yarışı başlayıb VİDEO

Bakının ev sahibliyi etdiyi “IRONMAN 70.3” triatlon yarışı başlayıb VİDEO

Niger Fransanı üsyan cəhdini qızışdırmaqda ittiham edib

Musiqişünas: Bu gün musiqiyə yenidən qulaq asmağı öyrənmək lazımdır

Media: Pentaqon və ABŞ səhiyyə institutları biomüdafiə sahəsində əməkdaşlıq edəcək

İsrailin Livanın cənubuna endirdiyi zərbələr nəticəsində 3 nəfər ölüb

ABŞ Səudiyyə Ərəbistanına 5,75 milyard dollarlıq silah satışını təsdiqləyib

Tramp administrasiyası Yaxın Şərq üçün müharibədənsonrakı strategiya hazırlayır

PSJ Luis Enrike ilə müqaviləni uzadıb

Xaçmazda avtomobil bərbərxanaya çırpılıb, sürücü yaralanıb

ABŞ Prezidenti: Hörmüz boğazı tezliklə əvvəlki əhəmiyyətini itirə bilər

Şahbuzda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb VİDEO

Şahbuzda qəzada xəsarət alanların vəziyyəti açıqlanıb VİDEO

Səudiyyə mətbuatı Bakının tarixi və turizm imkanlarından yazıb

Hakerlər Berlin administrasiyasına aid 1,4 milyondan çox məlumatı internetdə yayıblar

Şahbuzda ağır yol qəzası olub, 3 nəfər ölüb

Tramp: ABŞ bəzi ölkələrlə ticarəti dayandıra bilər

Almaniyanın daxili işlər naziri elektrik şəbəkəsinə hücumların motivini iqlim ekstremizmi ilə əlaqələndirib

ABŞ-nin xüsusi elçiləri Moskvaya və Kiyevə səfər edəcəklər

FAO: Qlobal ərzaq qiymətləri 2022-ci ildən bəri ən yüksək həddə çatıb

Afrika dünya xəritəsinin yenilənməsini təklif edir: BMT-də “Correct the Map” təşəbbüsü

ABŞ Prezidenti: Çox yaxında Pikaks dağına zərbə endirə bilərik

Tramp: Putin NATO ərazisinə hücum etmək niyyətində deyil

Tramp İranla müharibəni hərbi münaqişə adlandırıb

İsrailin azad etdiyi daha dörd Livan vətəndaşı ölkəsinə qaytarılıb

Bakıda “IRONMAN 70.3” çərçivəsində “IRONKIDS” və “Fun Run” yarışları təşkil olunub

“Güzəştli mənzil” elektron sistemi vasitəsilə növbəti mənzil seçimi uğurla başa çatıb – Birgə məlumat

Premyer Liqa: “Kəpəz” evdə böyük hesabla məğlub olub

Fidan Hacıyeva – 30 il səhnədə: Yaxud “Azərbaycan Karmeni”nin hekayəsi – MÜSAHİBƏ

Azərbaycan güləşçisi Dünya Köçəri Oyunlarında gümüş medal qazanıb

“IRONMAN 70.3” yarışı ilə əlaqədar 13 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

İraqın neft ixracı ötən ay müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb

Fransada polislərin kütləvi etiraz aksiyası gözlənilir

Rusiya-Ukrayna müharibəsi Səudiyyə Ərəbistanının arpa tədarükünə ciddi təsir göstərir

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub VİDEO

Bakıda Tacikistanın dövlət müstəqilliyinin 35-ci ildönümü qeyd olunub VİDEO

Səfir: Azərbaycan-Tacikistan münasibətləri yüksək səviyyədədir VİDEO

Səfir: Azərbaycan-Tacikistan münasibətləri yüksək səviyyədədir VİDEO

Balakəndə ali məktəblərə qəbul olunan məzunlarla görüş keçirilib

Şəhid mayorun həyat yoldaşı: Şuşa kimi tarixi şəhərdə hər bir daş bizim milli irsimizin bir hissəsidir

Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib

Peşə təhsili müəssisələrinə tələbə qəbulunun II mərhələsinin nəticələri açıqlanıb

MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçiminin nəticələri elan olunub

Rəşad Nəbiyev: Azərbaycan ilə Tacikistan arasında nəqliyyat və rəqəmsal inkişaf sahələrində əməkdaşlıq genişlənir

Bu saata olan əsas xəbərlər

Premyer Liqa: “Qəbələ” doğma meydanda qələbə qazanıb

Vətən müharibəsi qazisi: Tarixi yaddaş yalnız adların hər hansı bir səthə yazılması ilə qorunmur

Professor: Süni intellektin inkişafı ilə ortopediya sahəsində çox sürətli irəliləyiş baş verir

Şəhid polkovnik Füzuli Cavadovun xatirəsi yad edilib

Cəmi 37 günə 9,2 kilometr yeni yol VİDEO

Cəmi 37 günə 9,2 kilometr yeni yol VİDEO

Fatih Birol: Neft və təbii qaz uzun illər istifadə olunmağa davam edəcək

Qazaxıstanlı ekspert: Azərbaycan Avrasiyanın nəqliyyat-enerji qovşağına çevrilir