BEYNƏLXALQ KONFRANSA DƏVƏT ALMIŞLAR
Avropa İncəsənət Universitetləri Liqası (ELİA) Azərbaycan Milli Konservatoriyasının rəhbərliyini beynəlxalq konfransa dəvət etmişdir.
Konservatoriyanın beynəlxalq əlaqələr şöbəsindən AZƏRTAC-ın müxbirinə demişlər ki, ELİA-nın prezidenti xanım Karla Delfosun məktubunda bu ilin noyabr ayının 2-dən 6-dək İsveçrənin Lozanna şəhərində keçiriləcək beynəlxalq konfransa 3 nəfər dəvət olunmuşdur. Konfransda 46 dövlətin 330 universitetinin nümayəndələri iştirak edəcəklər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [17:46]
Akademik Musiqili Teatrda “Şahmaran” tamaşasının premyerası olacaq
- 01.10.2026 [15:29]