Beynəlxalq konfransa yekun vurulub
Bakı, 28 oktyabr, AZƏRTAC
Oktyabrın 27-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) təşkilatçılığı və ABŞ-ın Lorens Livermor Milli Laboratoriyası (LLML) və Enerji Departamentinin, Ukrayna Elm və Texnologiya Mərkəzinin dəstəyi ilə Bakıda keçirilən “Şəbəkə idarəetmə sistemləri və seysmologiya üçün analitik alətlər üzrə təlim” mövzusunda beynəlxalq konfrans öz işini başa vurub.
RSXM-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, konfrans çərçivəsində beş gün davam edən treninq-seminarda iştirak edən seysmoloq alim və mütəxəssislərə zəlzələlərə dair məlumatların emalı üçün yeni proqramların tətbiqi öyrədilib. Seminar iştirakçılarına sonda konfransın təşkilatçılığını həyata keçirən qurumların rəhbərləri tərəfindən sertifikatlar təqdim edilib.
Xatırladaq ki, oktyabrın 23-də başlayan konfransda iyirmidən çox ölkədən seysmoloq-alimlər və mütəxəssislər iştirak ediblər.