Beynəlxalq Layihə Olimpiadasının iştirakçıları üçün ekskursiya təşkil edilmişdir
Bakı, 8 aprel (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi “İNEPO-AVRASİYA” Ətraf Mühitin Mühafizəsi V Beynəlxalq Layihə Olimpiadasının xarici ölkələrdən olan 150-yə yaxın iştirakçısı üçün ekskursiya təşkil etmişdir.
Şirkətin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, gəzinti Suraxanı rayonu ərazisində yerləşən “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğu”na səyahətlə başlamışdır. Daha sonra Qala kəndində yerləşən “Qala tarixi Arxeoloji-etnoqrafik muzey kompleks”nə ekskursiyaya gələn qonaqlara eramızdan əvvəl üçüncü minillikdən müasir dövrədək Abşeron yarımadasında tapılmış bütün tarixi abidələr haqqında geniş məlumat verilmişdir.
Sonra onlar Ekologiya İdarəsi tərəfindən salınmış “Ekoloji park”a gəlmişlər. Qonaqlara ARDNŞ-in həyata keçirdiyi ekoloji layihələr, parkda aparılan yaşıllaşdırma və abadlaşdırma işləri barədə geniş məlumat verilmişdir. Tədbir iştirakçıları parkda 70 müxtəlif növ dekorativ-bəzək ağacı əkmiş və həmin ağacların üzərindən öz adları yazılmış lövhəcikləri asmışlar. Məktəbli ekoloqlar onlar üçün əvvəlcədən hazırlanmış kərpic lövhələrə adlarını, soyadlarını və təmsil etdikləri ölkələrin adını yazaraq, “Ekoloji parkda” xüsusi guşəyə təhvil vermişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [12:46]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]