Beynəlxalq Muğam Festivalı çərçivəsində “Bayatı- Şiraz” muğamı səslənib VİDEO
Bakı, 12 mart, X. Məmmədova, AZƏRTAC
Beynəlxalq Muğam Mərkəzində “Muğam aləmi” V Beynəlxalq Muğam Festivalı çərçivəsində martın 12-də növbəti muğam axşamı təşkil olunub.
AZƏRTAC xəbər verir ki, gənc xanəndə Arzu Əliyevanın ifasında “Bayatı-Şiraz” muğamı səsləndirilib.
Gənc ifaçını Rövşən Qurbanovun bədii rəhbərliyi ilə “Buta” instrumental ansamblı müşayiət edib.
Qeyd edək ki, yeddi əsas muğam dəstgahından biri olan “Bayatı -Şiraz”ı Üzeyir Hacıbəyli emosional baxımdan qəmli əhvali-ruhiyyə daşıyan muğam kimi xarakterizə edib.
"Muğam aləmi" V Beynəlxalq Muğam Festivalı martın 14-dək davam edəcək.