Beynəlxalq Olimpiya Komitəsi Tokio Olimpiadasının sadələşdirilməsi planını müzakirəyə çıxarıb
Tokio, 26 iyun, AZƏRTAC
Beynəlxalq Olimpiya Komitəsi (BOK) koronavirus pandemiyası ilə əlaqədar təqribən bir il sonraya təxirə salınmış Tokio Olimpiya və Paralimpiya Oyunlarının sadələşdirilməsi planını müzakirəyə təqdim edib.
AZƏRTAC xəbər verir ki, həmin plan BOK ilə Tokio Oyunlarının təşkilat komitəsi arasında yarışların təşkili ilə bağlı xərclərin azaldılması və virusun yayılmasının qarşısının alınması barədə əldə edilmiş razılığa əsasən hazırlanıb.
Plana əsasən idman meydançalarından istifadə müddətinin azaldılması, tamaşaçılar və yarışlarla bağlı heyət üçün nəzərdə tutulan yerlərin sayının azaldılması təklif olunur. Həmçinin yarış yerlərinin daxili və xarici görünüşünün tərtibatı ilə bağlı xərclərin azaldılması və mükafatlandırma mərasimlərinin sadələşdirilməsi də təklif edilir.
Bundan sonra hər bir beynəlxalq federasiya bu təklifləri müzakirə edərək öz rəylərini bildirəcəklər. Həmin rəylər işçi qruplarda müzakirəyə çıxarılacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:27]
"LANDAU Lions"un baş məşqçisi: Daha aqressiv oynamalıyıq
- 07.10.2026 [21:05]
Avropa Kuboku: "LANDAU Lions" doğma meydanda İsveçrə klubuna məğlub olub
- 07.10.2026 [20:18]
Dünya ikincisi olan Azərbaycan cüdoçusu: Finalda rəqibimdən zəif idim
- 07.10.2026 [18:06]
Türkiyə millisinin Azərbaycandakı dünya çempionatı üçün heyəti açıqlanıb
- 07.10.2026 [17:49]
Azərbaycanın qadın futbol millisi “Antalyaspor”la qarşılaşacaq
- 07.10.2026 [17:30]