Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq silah bazarlarında satış göstəriciləri sabitləşib

Beynəlxalq silah bazarlarında satış göstəriciləri sabitləşib

Stokholm, 15 mart, AZƏRTAC

Beynəlxalq silah bazarlarında satış göstəriciləri uzun illər davam etmiş artım prosesində sabitləşmə müşahidə olunur.

AZƏRTAC Stokholm Sülh Problemləri Araşdırmaları İnstitutunun (SIPRI) press-relizinə istinadla xəbər verir ki, 2016-2020-ci illərdə beynəlxalq silah bazarlarında adi silahların əsas növlərinin satış həcmi 2011-2015-ci illərin göstəricisi ilə eyni səviyyədə olub. Lakin bu müddətdə beş ən iri silah ixracatçısından üçü - ABŞ, Fransa və Almaniya tərəfindən satışın həcminin əhəmiyyətli dərəcədə artması qeydə alınıb. Əvəzində Rusiyadan və Çindən silah ixracı azalıb.

Son illərdə Yaxın Şərq ölkələrinə silah satışı 25 faiz artıb. Bu, əsas etibarilə Səudiyyə Ərəbistanı (+61 faiz), Misir (+136 faiz) və Qətərə (+361 faiz) silah satışının artması hesabına baş verib.

2016-2020-ci illərdə Amerika Birləşmiş Ştatları dünyada ən iri silah ixracatçısı olaraq qalıb. Dünya üzrə silah ixracının ümumi həcmində ABŞ-ın payı 2011-2015-ci illərdə 32 faiz, 2016-2020-ci illərdə isə 37 faiz olub. ABŞ-dan dünyanın 96 ölkəsinə silah satışı həyata keçirilib. Bu o deməkdir ki, hər hansı başqa tədarükçü ilə müqayisədə ABŞ-ın silah bazarının coğrafiyası daha geniş olub. ABŞ-dan satılan silahların 47 faizi Yaxın Şərq ölkələrinin payına düşüb. Təkcə Səudiyyə Ərəbistanı ABŞ-dan silah ixracının ümumi həcminin 24 faizini alıb. 2011-2015-ci illərlə müqayisədə 2016-2020-ci illərdə ABŞ-dan silah ixracı 15 faiz artıb və beləliklə, ikinci ən böyük silah ixracatçısı olan Rusiya ilə ABŞ arasında fərq daha da böyüyüb.

Silah ixracının həcminə görə dünyada üçüncü və dördüncü yerləri tutan Fransa və Almaniya da 2016-2020-ci illərdə satışı xeyli artırıblar. Bu dövrdə Fransadan əsas silah növlərinin ixracı 2011-2015-ci illərlə müqayisədə 44 faiz artıb. Dünyada silah ixracının ümumi həcmində Fransanın payı 2016-2020-ci illərdə 8,2 faiz olub. Fransadan silah ixracının 59 faizi Hindistanın, Misirin və Qətərin payına düşüb.

Bu dövrdə Almaniyada silah ixracı 2011-2015-ci illərlə müqayisədə 21 faiz artıb. Dünya üzrə ixracın ümumi həcminin 5,5 faizi Almaniyanın payına düşüb. Almaniya silahının əsas alıcıları Cənubi Koreya, Əlcəzair və Misir olub.

Rusiyada və Çində silah ixracının həcminin azalması müşahidə olunub. 2016-2020-ci illərdə dünya üzrə ümumi silah ixracında Rusiyanın payı 20 faizə bərabər olub. 2011-2015-ci illərlə müqayisədə 2016-2020-ci illərdə Rusiya silah ixracının həcmi 22 faiz azalaraq təqribən 2006-2010-cu illərin səviyyəsinə düşüb.

Dünyada beşinci ən böyük silah ixracatçısı olan Çindən 2016-2020-ci illərdə silah ixracının həcmi 2011-2015-ci illərlə müqayisədə 7,8 faiz azalıb. Dünya üzrə silah ixracının ümumi həcmində Çinin payı 5,2 faizə bərabər olub. Çində istehsal edilən silahların ən iri alıcıları Pakistan, Banqladeş və Əlcəzair olub.

Silah ixracının ən böyük artımı Yaxın Şərq ölkələrində müşahidə olunub. 2016-2020-ci illərdə Yaxın Şərq ölkələrinin idxal etdiyi silahların həcmi 2011-2015-ci illərlə müqayisədə 25 faiz artıb.

2016-2020-ci illərdə Türkiyəyə silah satışı 59 faiz azalıb. Bu fakta təsir göstərmiş əsas amil 2019-cu ildə Türkiyə Rusiyadan hava hücumundan müdafiə sistemləri alandan sonra Amerikadan bu ölkəyə F-35 döyüş təyyarələri satışının dayandırılması olub. Türkiyə idxaldan asılılığı azaltmaq üçün daxildə silah istehsalını genişləndirir.

Okeaniya adi silahların əsas növlərinin ən böyük idxalatçısıdır. Dünya üzrə idxalın 42 faizi bu regionunun payına düşüb. Regionda ən iri idxalatçılar Hindistan, Avstraliya, Çin, Cənubi Koreya və Pakistan olub. 2016-2020-ci illərdə Yaponiyanın silah idxalı 2011-2015-ci illərlə müqayisədə 124 faiz artıb.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ qüvvələri Qrenlandiyanın hava məkanına və ərazi sularına sərbəst giriş əldə edəcək

Azərbaycan qazının Bolqarıstana tədarükünün genişləndirilməsi müzakirə olunub

Almaniyada ABŞ-yə məxsus F-16 qırıcısı qəzaya uğrayıb

Azərbaycan və Pakistan arasında strateji tərəfdaşlıq münasibətləri nəzərdən keçirilib

Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb

Azərbaycan və Sinqapur arasında ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub

Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var

Azərbaycan və Kolumbiya arasında viza tələbinin qarşılıqlı ləğvi barədə saziş imzalanıb

Ceyhun Bayramov macarıstanlı həmkarı ilə iki ölkə arasında əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıb

Azərbaycan və Banqladeş arasında viza tələblərinin aradan qaldırılması haqqında saziş imzalanıb

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının prezidenti ilə görüşüb

Azərbaycan və İran XİN rəhbərləri regional prosesləri müzakirə ediblər

Tramp: ABŞ Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanlarını araşdırır

Şəki və Qaxda antiterror əməliyyatı zamanı şəhid olanların xatirəsi anılıb

Zelenski: ABŞ Prezidentinin köməyi ilə qışa qədər müharibə başa çata bilər

Tramp: Putin və Zelenski müharibənin başa çatmasını istəyirlər

Tramp Marko Rubionu rəsmi olaraq milli təhlükəsizlik müşaviri vəzifəsinə təsdiqləyib

Naxçıvanda avtomobil piyadaları vurub

ABŞ Prezidenti: İranla görüş çox yaxşı keçdi

Azərbaycan və Çex Respublikası Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb

Nazir müavini Yalçın Rəfiyev BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində bir sıra tədbirdə iştirak edib

Azərbaycanın xarici işlər naziri Nyu-Yorkda Cammu və Kəşmir üzrə Kontakt Qrupunun iclasında çıxış edib

Azərbaycanın daha iki veteran cüdoçusu qızıl medal qazanıb

Azərbaycan-İsveçrə münasibətlərinin perspektivləri müzakirə edilib

“Qarabağın paleolit abidələri müasir tədqiqatlarda” mövzusunda məruzə dinlənilib

Tədqiqatçı: Alban kilsə tikililərində belə yazılara rast gəlinmir

Babək rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişi dayandırılacaq

Azərbaycan və Cibuti xarici işlər nazirləri Nyu-Yorkda müzakirələr aparıb

Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinə bilet alanlara müraciət olunub

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

Azərbaycan millisinin futbolçusu: Tacikistanla oyuna ciddi hazırlaşmışıq

Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir

Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır

Rəcəb Tayyib Ərdoğan: Azərbaycan və Ermənistan arasında daimi sülhün bərqərar olmasını arzulayırıq

UNEC-də 27 Sentyabr – Anım Gününə həsr olunan tədbir keçirilib

Donald Tramp Danimarka və Qrenlandiya rəhbərləri ilə təhlükəsizlik sazişi imzalayıb

Bu saata olan əsas xəbərlər  

Türkiyə Prezidenti: Fələstin xalqının səsini dünyaya çatdırmağa davam edəcəyik

Bakıda yerləşən ali təhsil müəssisələrində bu həftə tədris distant təşkil olunacaq

Cavad Cavadlının 100 illiyinə həsr edilmiş kitabın təqdimatı olub

“Yeni qala” konsert kompleksinin açılışı olub

Ayxan Abbasov: Bu hazırlığımızı qarşıdakı üç oyun üzərində quracağıq

BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var

Antonio Quterreş Yaxın Şərqdə atəşkəsə və humanitar yardımları bərpa etməyə çağırıb

Tramp Beynəlxalq Cinayət Məhkəməsinə üzv ölkələri qurumdan rəsmən çıxmağa çağırıb

Voleybol üzrə Azərbaycan çempionatlarının təqribi start tarixi bəlli olub

İran Prezidentinin təyyarəsi Əlcəzairdə texniki eniş edib

ABŞ Prezidenti: Ukrayna müharibəsi düşündüyümüzdən daha tez başa çatacaq

Doğma yurda qayıdan Kərkicahan sakini: Bu gün bizim ən xoş günümüzdür

Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reysləri dayandırılır

Kişi qiyafəsinə girərək məşq edən əfqanıstanlı velosipedçi qadın Asiya Oyunlarında medal qazanıb

Tramp: ABŞ və Venesuela dünya neftinin 60 faizindən çoxuna sahibdir

Donald Tramp: Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam

Fərid Hüseyn: Nizami Gəncəvi və Seyid Yəhya Bakuvi irsi hər nəsil üçün yeni düşüncə imkanları yaradır

ABŞ Prezidenti: İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəyəm

Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının açılışında iştirak edib

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Formula 1 Azərbaycan Qran-Prisinə son 2 gün: Bakı sürət yarışına hazırdır VİDEO

Azərbaycanın innovasiya və startap ekosistemi Daşkənddə təqdim olunacaq

Tramp: Amerika geri qayıdıb və əvvəlkindən daha güclüdür

Azərbaycan XİN: Tsxinvali bölgəsində keçirilmiş qondarma “prezident seçkiləri”nin nəticələrini tanımırıq

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Altıncı “Yüksəliş” müsabiqəsinin qalibi Mətanət Rzazadə ilə MÜSAHİBƏ VİDEO

Fransa və ABŞ Hörmüz boğazına dair qətnamə hazırlayır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Müşavirə dağ-mədən və metallurgiya sektoruna dövlət dəstəyinin artırılmasına imkan verəcək - ŞƏRH

Minsk qrupunun sonunu gətirən “silah” – TƏHLİL

Azərbaycanda xalça istehsalı 48 dəfə, ixracı isə 4,4 dəfə artıb – QRAFİK

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

Londonda Formula 1 azarkeşləri Azərbaycan Qran-Prisi barədə nə düşünürlər?  VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

“Birliyin Gücü - 2026" birgə hərbi təliminin açılış mərasimi olub VİDEO

BMT-nin Baş katibi: Afrikanın daimi təmsil olunmadığı Təhlükəsizlik Şurası ədalətsizdir

Quterreş: Şəbəkələşmiş gələcəyin qurulması super dövlətlərin müəyyən hədlərin mövcudluğunu qəbul etməsi ilə başlayır

IMO nümayəndəsi: Mülki gəmilərə hücumlar səbəbindən Qara dənizdə gəmiçilik demək olar dayanıb

Regionların inkişafı davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir - ŞƏRH

Dağ-mədən və metallurgiya sənayesinin inkişafı təhsil sistemi üçün yeni kadr gündəliyi formalaşdırır – ŞƏRH

Bir zamanlar ekranda heyranlıqla izlədiyi döyüşçülər kimi oldu - 19 yaşlı şəhid Seymur Əzizalıyev

® “Samsung Micro RGB”: yeni nəsil arxa işıqlandırma texnologiyası nə verir?

Tacikistan yığmasının baş məşqçisi: Bizi Azərbaycan millisi ilə maraqlı oyun gözləyir

Azərbaycan və Malayziya mərkəzi bankları mühasibat uçotu təcrübələrini bölüşüb

Azərbaycan ilə Almaniya enerji əməkdaşlığının genişləndirilməsini dəyərləndirib

Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Süni intellekt müəllimin köməkçisi ola bilərmi?

Qafqaz Albaniyasının xristian irsi Azərbaycanın qədim dövlətçilik tarixinin ayrılmaz hissəsidir ŞƏRH

“ADEX-2026” sərgisində iştirak edəcək ölkələrin və şirkətlərin sayı artıb

III Beynəlxalq Opera Festivalı çərçivəsində konsertlər davam edir

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın genişləndirilməsi imkanları araşdırılır

Moldova hökuməti Dnestr çayının dayazlaşması ilə əlaqədar fövqəladə vəziyyətin tətbiqini təsdiqləyib

Azərbaycan Ordusunun Baş Qərargah rəisi Türkiyə nümayəndə heyəti ilə görüşüb

BMT ekspertləri süni intellekt üzərində nəzarətin itirilməsi barədə xəbərdarlıq ediblər

Deputat: Azərbaycana qarşı aparılan kampaniyanın dirijoru Ermənistan hakimiyyətidir

“Mançester Yunayted”in sabiq futbolçusu Rusiya klubları ilə danışıqlar aparır

Böyük Zəfərin əbədi qəhrəmanları - Ədəbiyyat Muzeyində elmi seminar

AXA sədri Ağcabədidə vətəndaşlarla görüşüb, təsərrüfatlara baş çəkib

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Vənglidə görmədiyiniz məkanlar – Xaçınçayın sahilindən REPORTAJ VİDEO

Avropada qazın qiyməti 3 həftənin minimumuna enib

“ASAN xidmət”in Kambocada tətbiqi ilə bağlı işlər sürətləndirilir

Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

“Gümüşü Dost”: Yaşlıların təcrübəsi könüllülükdə VİDEO

Qafqaz Albaniyasının heykəltaraşlıq nümunələri: ideya və inancların simvolu

“Sumqayıt” basketbolçusu ilə yeni müqavilə imzalayıb

BDU-da Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Akademiyası yaradılıb