Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu “Manas günü”nü keçirib

Bakı, 9 mart, AZƏRTAC

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda qırğız xalqının qədim eposuna həsr olunmuş “Manas günü” təşkil edilib.

Fonddan AZƏRTAC-a bildirilib ki, tədbir çərçivəsində Fond tərəfindən Azərbaycan və qırğız dillərində nəşr olunan tanınmış alim, şair Adil Cəmilin "Manas eposu və Türk dastançılıq ənənəsi" adlı kitabının təqdimat mərasimi keçirilib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək, çoxəsrlik türk xalqlarının dastanlarının və eposlarının ümumtürk şifahi ədəbiyyatı ilə yanaşı, dünyanın ən zəngin folklor nümunələri arasında yer almasından bəhs edib. Fondun prezidenti “Manas” eposunu qırğız xalqının mənəviyyatı kimi dəyərləndirib: “Manas qırğız xalqının daxili aləmini, fikrini, düşüncəsini yəni, milli kimliyini əks etdirir. Eyni zamanda, Manas qırğızların gücüdür. Çünki, eposda qırğızların qəhrəmanlıq səhifələri, Vətənə sevgisi, torpağın müdafiəsinə hər zamankı istəyi özünü göstərməkdədir. Digər tərəfdən, Manas irsdir. Müxtəlif maneələrə, çətinliklərə baxmayaraq, nəsillərdən-nəsillərə ötürülən mirasdır. Nəhayət, Manas türk dünyasını birləşdirən amildir”.

Günay Əfəndiyeva 1995-ci ildə Bişkekdə "Manas" dastanının 1000 illiyinə həsr olunmuş tədbirdə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin, “Manas kimi ölməz dastanlarımız bütün bəşəriyyətin əbədi sərvətidir. Nə dərəcədə Manas qırğız xalqınındır, o dərəcə də Manas Azərbaycan xalqınındır. Manas bütün türk xalqlarına məxsusdur” ifadələrini xatırladıb. Fondun prezidenti rəhbərlik etdiyi təşkilat tərəfindən müasir dövrdə “Manas”ın dərindən öyrənilməsi yönündə tanınmış alim Adil Cəmilin yazdığı kitabın türk xalqlarını bir-birinə daha da yaxınlaşdırmaq məqsədini daşıdığını bildirib. Günay Əfəndiyeva Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə təşkilatın qurucu üzv ölkəsi Qırğızıstan arasında münasibətlərin günü-gündən daha da gücləndiyini vurğulayaraq, bu istiqamətdə bir sıra layihələrin həyata keçirilməkdə olduğuna toxunub.

Tədbirdə çıxış edən Qırğız Respublikasının Prezidentinin xüsusi nümayəndəsi Taalatbek Masadıkov bildirib ki, “Manas” dünya epos sənətinin parlaq zirvələrindən biridir. O, dastanda toplanan, əcdadlardan miras qalan nadir dəyərlərin, biliklərin qorunub saxlanılmasının və nəsildən-nəslə ötürülməsinin türk xalqlarına mütərəqqi inkişafı davam etdirməyə imkan yaratdığını vurğulayıb. T.Masadıkov təşkilat tərəfindən çap edilən kitabın təkcə qırğız xalqının deyil, bütün türk dünyasının mədəniyyətinin, adət-ənənələrinin, ruhunun öyrənilməsinə mühüm töhfə verdiyini qeyd edib. Taalatbek Masadıkov təşkilatın Qırğızıstanla qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrini yüksək qiymətləndirib. O, kitabın nəşrində dəstəyə görə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna, eləcə də mövzuya maraq göstərdiyinə və dərindən araşdırdığına görə müəllifə təşəkkür edib.

Qırğız Respublikasının Azərbaycandakı səfiri Kairat Osmanaliyev çıxışında “Manas”ın elmi tədqiqinin və digər xalqların dastanları ilə müqayisəli təhlilinin hər zaman aktual olduğunu qeyd edib. Kayrat Osmonaliyev eposun BMT tərəfindən dünyanın mədəniyyət xəzinəsi elan edildiyini vurğulayıb. Səfir bildirib ki, Qırğızıstanın min illik tarixini ehtiva edən bu tarixi mənbədə qırğız xalqı ilə müxtəlif türk xalqları arasındakı dostluq bağları da geniş təsvir olunub. Səfir türk dünyasının ortaq irsinin yaşadılması yönündə Fond tərəfindən aparılan işlərin əhəmiyyətinə toxunaraq, kitabı türk folklorunun xüsusiyyətlərinin öyrənilməsində önəmli mənbə kimi dəyərləndirib.

Tədbirdə Milli Məclisinin deputatı, akademik Nizami Cəfərov, TÜRKSOY-un nümayəndəsi Kanat Mambetaliyev, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, Azərbaycan Prezidentinin Türk Dövlətləri Təşkilatında səlahiyyətli nümayəndəsi, dövlət xadimi Həsən Həsənov çıxış edərək, kitabın Azərbaycan və qırğız xalqları arasında qardaşlıq bağlarının daha da gücləndirilməsindəki mühüm rolunu qeyd ediblər.

Kitabın müəllifi Adil Cəmil türk kitabələrinin qorunmasının, tanıdılmasının türk xalqlarının qədim düşüncə və təfəkkürünün gələcək nəsillərə ötürülməsi istiqamətində önəmli rolunu nəzərə çatdırıb. Adil Cəmil uzun zamandan bəri üzərində çalışdığı əsərin yüksək səviyyədə tərtibatı və təqdimatı üçün Fond və Qırğızıstanın Azərbaycandakı səfirliyi ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Tədbirin bədii hissəsində Heydər Əliyev adına Hərbi İnstitutun kursantı, Manasçı Emirtemir Tolonov “Manas” dastanından parçalar səsləndirib. Azərbaycanın Əməkdar incəsənət xadimi Sahib Paşazadə və Saule Osmonaliyeva tərəfindən Qırğızıstanın milli musiqiləri və mahnıları ifa olunub. Qırğız mətbəxindən nümunələr təqdim edilib.

Tədbirdə rəsmilər, deputatlar, səfirlər, mədəniyyət və incəsənət xadimləri, ziyalılar, KİV nümayəndələri iştirak ediblər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

"El-Kastillo" həbsxanasında daha bir iğtişaş – iki nəfər ölüb

Türkiyədə yeniyetmələrin sosial şəbəkələrdən istifadəsinə dair məhdudiyyətlər noyabrdan qüvvəyə minir

ABŞ Prezidenti: Putin Azərbaycan və Ermənistan arasında münaqişəni həll etdiyimə inana bilmirdi

Tramp: İran və Rusiya-Ukrayna müharibələrini həll etməyə çox yaxınam

“İsayas” qasırğası ABŞ sahillərinə daxil olub

Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

INSA: Brandenburqda ifrat sağçı AfD partiyası hakim SPD-dən öndədir

Brüsseldə etirazçılarla polis arasında növbəti qarşıdurma baş verib

İğdırda Xarıbülbül çiçəyinə həsr olunmuş texnologiya dərsi keçirilib

Aleksandr Novak: Rusiya ABŞ bazarına əlavə həcmdə dizel yanacağı tədarük etməyə hazırdır

Tramp Zelenskinin tənqidlərinə cavab verib

Mayamidə ABŞ, Avropa ölkələri, NATO nümayəndələri və Ukrayna təmsilçiləri arasında görüş keçirilib

Azərbaycan BMT-də Bakı Fəaliyyətə Çağırışının qlobal əhəmiyyətini vurğulayıb

ABŞ-nin Beynəlxalq Cinayət Məhkəməsinə qarşı sanksiya qərarı Avropada narazılıqla qarşılanıb

ABŞ Maliyyə Nazirliyi: Rusiya dizel yanacağının dünya bazarlarına tədarükü sanksiyalardan azad edilib

“Rəqəmsallıq və süni intellekt” - Şəkidə məktəblilər təlimlərə cəlb olunub

Tramp Keti Zakariyanı Ağ Evin mətbuat katibi təyin edib YENİLƏNİB

“Ortaq miras, tək ürək” - Türk dünyasının gəncləri Kocaelidə toplaşıb

“Qalatasaray” növbəti qələbəsini qazanıb

Yaşıl Gəncə Platforması: Ekoloji problemlərdən birgə həll yollarına

Tramp: Putinlə razılığa gəldim, Rusiya ABŞ və dünya bazarına milyonlarla ton dizel tədarük edəcək

Azərbaycan regionda tarixi ədaləti bərpa edərək sülh mərhələsinə qədəm qoydu - ŞƏRH

Bakıda beynəlxalq tanqo marafonu

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Fransada məktəblilərə qarşı polis zorakılığı ilə bağlı etirazlar səslənir

Rafael Dadaşov 80: Akademik Milli Dram Teatrında anım gecəsi

Qəbələdə müzakirələr: Peşə təhsilindən sahibkarlığa - gənclər üçün imkanlar və dövlət dəstəyi

Premyer Liqa: "Neftçi" - "Sabah" oyununda qalib müəyyənləşməyib

Cəlilabadda 18 kilometrlik avtomobil yolu yenidən qurulur

Rusiya əcnəbilərə müvəqqəti yaşamaq icazələrinə kvotaların sayını azaldıb

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Tovuzda yaşayış binasında ildırım çaxması nəticəsində yanğın baş verib VİDEO

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

SOCAR beynəlxalq qiymətləndirmə üzrə ESG reytinqi əldə edib

Türkiyə millisinin baş məşqçisi istefaya göndərilib

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Politoloq: Azərbaycanın C6 formatına sədrliyi regional əməkdaşlıq üçün yeni imkanlar açır – RƏY VİDEO

Ankara Universitetinin nümayəndələri Qarabağ Universitetini ziyarət ediblər

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

ADA Universitetinin Qazax Mərkəzinin magistrantları Keşikçidağda olublar VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

Gilbert Masengeli: İtkin düşmüş şəxslərin axtarışı sahəsində təcrübə mübadiləsi, qarşılıqlı dəstək çox vacibdir VİDEO

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə sanksiya tətbiq edib

Aygün Attar Türk İnternet Media Birliyinin Ali Məşvərət Şurasının üzvü seçilib

Xəzərin taleyi ortaq məsuliyyətdir: Azərbaycan konkret addımların tərəfdarıdır

İngiltərənin Yorkşir bölgəsində quraqlıq elan edilib

Daşkənddə “İrs-Miras” jurnalının özbək dilində nəşri təqdim olunub

Beynəlxalq tədbirə hazırlıq çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin təlimi olacaq

AMEA Naxçıvan Bölməsində YAP-ın VIII Qurultayının nəticələri müzakirə olunub

Hesablama Palatasının sədri: Dövlət maliyyəsinin səmərəli idarə olunması vacibdir

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

Ekspert: Bakıda tıxacların həlli üçün ictimai nəqliyyat şaxələndirilməlidir

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

Bakı qlobal diplomatiyanın mərkəzinə çevrilir VİDEO

MDU-da müxtəlif illərin məzunları bir araya gəlib

MDB məkanı üçün yeni töhfələr - TƏHLİL

Moskvanın hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

Qazaxıstan Xəzərin dayazlaşması üzrə komissiyanın yaradılması ilə bağlı Azərbaycanın təşəbbüsünü dəstəkləyib

Azərbaycanın və Yunanıstanın qida təhlükəsizliyi sahəsindəki qurumları arasında əməkdaşlıq gücləndirilir

Azərbaycanın neft-qaz sənayesinə və geologiya elminə həsr olunmuş ömür – Məqalə

Ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Abşeron rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın olub VİDEO

Hərəkət məhdudiyyətli uşaqların tibbi müayinələri aparılıb

Regionda davamlı sülhün təmin olunması Azərbaycanın əsas prioritetlərindəndir - ŞƏRH

Səhiyyə Nazirliyi ilə BMT-nin qurumları arasında əməkdaşlığın əhəmiyyəti vurğulanıb

Frankfurt Kitab Sərgisi çərçivəsində Azərbaycan ədəbiyyatı ilə bağlı panel təşkil edilib

“Turan”ın voleybolçusu: Çempionlar Liqasının oyununa yüksək səviyyədə hazırlaşırıq

“ASAN xidmət” təcrübəsi Yaponiya nümayəndə heyətinə təqdim olunub

Səudiyyə Ərəbistanındakı hava limanlarına hücum zamanı 3 yerli sakin ölüb, yaralananlar var

Naxçıvan şəhərinin bir sıra ərazilərinə içməli suyun verilişi dayandırılacaq

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Şəhid atası: Son dəfə danışanda dedi ki, ata, Allaha əmanət ol! VİDEO

Azərbaycan və Yaponiya rəqəmsal inkişaf sahəsində əməkdaşlığı genişləndirir

Efiopiya Eritreyadan silahlı qüvvələrini geri çəkməsini tələb edib

MDB çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycan üçün əlavə imkanlar yaradır – ŞƏRH

Premyer Liqa: “Kəpəz” "Araz-Naxçıvan"a qalib gəlib

Polşalı musiqiçi: Bakı Caz Festivalında çıxış etmək mənim üçün şərəfdir

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib –  YENİLƏNİB VİDEO

Bakıda "EYBA Autumn Conference 2026"nın açılış mərasimi keçirilib – YENİLƏNİB VİDEO

Belçikada ümummilli tətil: Nəqliyyat iflic olub, 140-a yaxın uçuş ləğv edilib

Bazarın tələbatını ödəyəcək qaz var, problem təchizatdadır

Azərbaycanın fiqurlu konkisürənləri Qazaxıstanda bürünc medal qazanıblar

Azərbaycanın strateji coğrafi mövqeyi beynəlxalq tranzit imkanlarını genişləndirir - ŞƏRH

Səyyah: Qarabağda gördüklərim məni valeh etdi

AMEA-da gürcü alimlərlə görüş olub

Türkiyə klubunda almaniyalı baş məşqçi

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Beynəlxalq konfransın iştirakçıları Şuşada olublar – YENİLƏNİB VİDEO

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasındakı münasibətlər regionun inkişafına xidmət edir ŞƏRH

Ermənistanda hərbi xidmətə çağırış üçün yuxarı yaş həddinin artırılması planlaşdırılır

Polşada məktəblərdə bıçaqlı hücumlardan sonra yeniyetmələr saxlanılıb

Gövhər Baxşəliyeva: Türk dünyasının vahid ailə şəklində formalaşması istiqamətində nailiyyətlər qazanılır

Yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 15 faiz artıb

Azərbaycan və Almaniya arasında enerji və texnologiya əməkdaşlığı güclənir

İranlı səyyah: Qarabağ çox gözəldir

Avropa çempionatı: Azərbaycanın qadın boksçusu finala yüksəlib

BDU-da Ümumdünya Psixi Sağlamlıq Günü qeyd olunub

Siyasi şərhçi: Azərbaycan diplomatiyası üçün 2027-2028-ci illər mühüm imkanlar dövrü ola bilər

Vəkillərin süni intellektin idarəedilməsi və məlumatların qorunması ilə bağlı müzakirəsi olub

Hikmət Quliyev: Azərbaycan aşıq sənəti müasir sosial-antropoloji folklorşünaslıq kontekstində araşdırılmalıdır

Fransada şagird etirazları: BMT-dən polisə güc tətbiqində mütənasiblik çağırışı

“Tənbəldir”, “diqqətsizdir” deməzdən əvvəl disleksiyanı tanıyaq – təhsil eksperti

“Barselona”nın hücumçusu “Qalatasaray”la oyunu buraxacaq

Pedaqoji Universitetə yeni qəbul olunmuş tələbələr Heydər Əliyev dərslərində

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO

Böyük britaniyalı nümayəndə: Şuşada aparılan bərpa-quruculuq işlərini heyranlıqla seyr etdik VİDEO