Biləsuvarda yol qəzası olub, ölən və yaralananlar var
Biləsuvar, 24 oktyabr, İlkin Adıyev, AZƏRTAC
Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Biləsuvar rayonu ərazisindən keçən hissəsində baş verib. İlkin məlumata görə, VAZ markalı avtomobillə traktorun toqquşması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.