Bill Qeyts növbəti 20 ildə sərvətinin 99 faizini xeyriyyəçiliyə sərf edəcək
Bakı, 12 may, AZƏRTAC
“Microsoft” korporasiyasının qurucusu, milyarder Bill Qeyts növbəti 20 il ərzində sərvətinin 99 faizini xeyriyyə fonduna bağışlayacaq.
AZƏRTAC xəbər verir ki, ianələr Bill Qeytsin rəhbərlik etdiyi xeyriyyə təşkilatı – “The Gates Foundation” vasitəsilə həyata keçiriləcək və 2045-ci ilin sonunda fondun fəaliyyəti dayandırılacaq.
“The Gates Foundation” təşkilatı fəaliyyətə başladığı ilk 25 il ərzində xeyriyyə məqsədləri üçün 100 milyard dollardan çox vəsait ayırıb. Növbəti 20 il ərzində isə ianələrin həcminin iki dəfə artırılması planlaşdırılır.
“Çox sayda təcili məsələnin həlli üçün resurslar mövcuddur və mən bu vəsaitləri insanların həyatını yaxşılaşdırmaq üçün istifadə etməliyəm. Buna görə də qərara gəldim ki, sərvətimi cəmiyyətə daha tez qaytarım”, - deyə Bill Qeyts sosial sosial media hesabında yazıb.
Qeyd edək ki, “The Gates Foundation” 2000-ci ildə Bill və Melinda Qeytsin birgə təşəbbüsü ilə qurulub. Hazırda Bill Qeytsin sərvəti 108 milyard ABŞ dolları həcmində qiymətləndirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [14:31]
Pentaqonun qara siyahısındakı Çin şirkətlərinin sayı 100-ü ötüb
- 09.06.2026 [14:29]
Nüvə silahlarına çəkilən xərclər rekord həddə - 119 milyard dollara çatıb
- 09.06.2026 [14:15]
Macarıstan parlamentində miqrasiya mövzusu digər məsələləri kölgədə qoyur
- 09.06.2026 [14:12]
Türkiyədəki “Akkuyu” AES-də nüvə yanacağının yüklənməsi həyata keçirilib
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]