Binəqədi rayonunda silsilə oğurluqlar edən şəxslər məsuliyyətə cəlb olunublar
Bakı, 9 oktyabr, AZƏRTAC
Binəqədi rayonunda silsilə oğurluqlar edən şəxslər məsuliyyətə cəlb olunublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müxtəlif vaxtlarda rayon ərazisində ayrı-ayrı vətəndaşlara məxsus beş velosipedi oğurlamaqda şübhəli bilinən Lerik rayon sakini, əvvəllər məhkum olunmuş İ.Əliyev və Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş H.Əhədov Binəqədi Rayon Polis İdarəsi 7-ci polis bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.
Faktla bağlı rayon polis idarəsi tərəfindən təhqiqat davam etdirilir.