Bioenerji sahəsində pilot layihələrin istiqamətlərinin müəyyənləşdirilməsi üzrə fikir mübadiləsi aparılıb
Bakı, 20 dekabr, AZƏRTAC
Energetika Nazirliyinin müvafiq əmri ilə yaradılmış “Bioenerjidən istifadə imkanlarının genişləndirilməsi” üzrə İşçi Qrupun ilk iclası keçirilib.
Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən (AREA) AZƏRTAC-a bildirilib ki, onlayn formatda keçirilən iclası direktor müavini, İşçi Qrupun rəhbəri Kamran Hüseynov giriş sözü ilə açaraq ölkəmizdə bioenerji potensialı, işğaldan azad edilmiş ərazilərdə Yaşıl Enerji Zonasının yaradılmasında bioenerji potensialından istifadənin mümkünlüyünü diqqətə çatdırıb.
AREA-nın şöbə müdiri Rəna Hümbətova bioenerji istehsalında beynəlxalq təcrübələr barədə məlumat verib. O, İşçi Qrupun yaradılmasının əhəmiyyətini qeyd edərək qarşıda duran əsas tapşırıqlar barədə ətraflı danışıb. Üzv qurumlar tərəfindən təqdim olunan məlumatlar ətrafında müzakirələr aparılıb, ölkəmizdə bioenerji sahəsində pilot layihələrin istiqamətlərinin müəyyənləşdirilməsi üzrə fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb.
İclasda Energetika, Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı və İqtisadiyyat nazirlikləri, “Azərsu” və “Azərişıq” ASC, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri iştirak ediblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]