Biofizika İnstitutu ilə Yıldız Texniki Universiteti arasında əməkdaşlıq perspektivləri müzakirə olunub
Bakı, 27 iyul, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Biofizika İnstitutunun icraçı direktoru biologiya elmləri doktoru Kərim Qasımov Türkiyənin Yıldız Texniki Universitetinin Kimya-metallurgiya fakültəsinin biomühəndislik ixtisasının əməkdaşı professor doktor Cem Bülent Üstündağ ilə görüşüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, görüş zamanı Biofizika İnstitutunun və Yıldız Texniki Universitetinin əməkdaşlarının apardığı elmi tədqiqatlar geniş müzakirə edilib və ikitərəfli əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, bu əməkdaşlığın uğurla yaradılıb inkişaf edəcəyinə əminlik ifadə olunub.
Daha sonra qonaqlar institutun laboratoriyalarını gəziblər. Onlara maddi-texniki təchizat, iş şəraiti və prioritet istiqamətlərdə aparılan elmi-tədqiqat işləri, əldə olunan nailiyyətlər barədə məlumat verilib.