BİOLOJİ MÜXTƏLİFLİK MƏSƏLƏLƏRİNƏ HƏSR OLUNMUŞ EKOLOJİ SEMİNAR
Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Orxus informasiya mərkəzində ölkənin bioloji müxtəlifliyinin qorunması problemlərinə həsr olunmuş seminar keçirilmişdir. Mərkəzdən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, ATƏT-in Bakı nümayəndəliyinin dəstəyi ilə “ Ekomed” qeyri –hökumət təşkilatının və “Biomüxtəliflik strategiyasının həyata keçirilməsi üzrə fəaliyyət planı” layihəsinin icraçı qrupunun təşkil etdikləri seminarda akademiya institutlarının alimləri, ekoloqlar iştirak etmişlər. Onlar ölkənin təbii ehtiyatlarından qayğı ilə istifadə olunması, bitki və heyvanlar aləminin mühafizəsi məsələlərinə dair fikir mübadiləsi aparmışlar. Seminar mayın 22-də qeyd edilən Beynəlxalq biomüxtəliflik gününə həsr olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:55]
Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır
- 09.06.2026 [12:41]