BİOLOJİ MÜXTƏLİFLİYƏ DAİR VƏSAİTLƏR ÇAP OLUNUR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti bioloji müxtəliflik haqqında məlumatın ictimaiyyətə çatdırılması, gənc nəslin ekoloji təhsili və maarifləndirilməsi ilə bağlı layihələr həyata keçirir. Şirkətin maliyyə dəstəyi ilə Azərbaycan, rus, ingilis dillərində ekoloji vəsaitlər çap olunaraq, tədris müəssisələrinin kitabxanalarına paylanmışdır.
“Xəzər dənizinin möcüzəli canlı aləmi”, “Xəzərin əsrarəngiz balıqları”, “Neft və Xəzər dənizinin bioloji ehtiyatları” kitabları, “Ekologiya” dərs vəsaiti , “Xəzərin balıqları” plakatı, “Bu məməlilərin bizim müdafiəmizə ehtiyacı var” başlıqlı 6 müxtəlif plakat, “Biomüxtəlifliyi qorumaq hər kəsin borcudur” kitabçaları məktəblilər tərəfindən sevilə-sevilə oxunur.
Bundan əlavə, biomüxtəlifliyin stimullaşdırılmasına dair reklam materialları hazırlanaraq televiziya kanalları ilə yayımlanmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [13:15]
Gürcüstanın Baş naziri Azərbaycana təşəkkür edib
- 07.10.2026 [12:26]
Baş direktor: Elektron ticarət poçt operatorları üçün yeni imkanlar yaradır
- 07.10.2026 [12:23]