Bir neçə onillikdən sonra hansı heyvanların nəsli kəsilə bilər?
Bakı, 30 iyul, AZƏRTAC
Dünyanın bir neçə ölkəsinin alimləri 2100-cü ildə hansı heyvanların nəslinin kəsiləcəyini müəyyənləşdirmək üçün araşdırma aparıblar.
AZƏRTAC informinq.ru saytına istinadla xəbər verir ki, bu barədə “Bio Sciense” nəşri məlumat yayıb. Mütəxəssislər qeyd edirlər ki, insanların səylərinə baxmayaraq, benqal pələngi, qara kərgədan və qərb qorillasının populyasiyası getdikcə azalır. Bununla yanaşı, vəhşi öküz və eşşəklərin də nəsli kəsilmək təhlükəsi altındadır. “Əgər bu növlərin qorunub saxlanması istiqamətində əsaslı tədbirlər görülməzsə, bir neçə onillikdən sonra onlar, ümumiyyətlə, yox ola bilər”, - deyə alimlər xəbərdarlıq edirlər.
Tədqiqatçılar, həmçinin bildirirlər ki, heyvanların mövcud növlərinin qorunub saxlanılması indi bəşəriyyəti az düşündürür. Üstəlik məhz insanlar heyvanların qırılmasına səbəb olur. Belə ki, insanlar vəhşi heyvanların yaşadığı əraziləri mənimsəməklə onların axırına çıxırlar. Tədqiqat müəllifləri bildirirlər ki, bu prosesi dayandırmaq üçün insanlar gərək vəhşi təbiətə daha çox qayğı göstərsinlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [17:37]
Yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ
- 07.08.2026 [16:39]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 07.08.2026 [15:48]
Həftəsonu müşahidə ediləcək hava şəraiti açıqlanıb
- 07.08.2026 [12:54]
Sabah Azərbaycanda havanın temperaturu 39 dərəcəyədək yüksələcək
- 06.08.2026 [14:27]
Azərbaycanda zubrların sayı 89-a çatıb
- 06.08.2026 [12:41]
Sabahın hava proqnozu açıqlanıb
- 06.08.2026 [10:07]