Birinci ixtisas qrupu imtahanının test tapşırıqlarının düzgün cavabları açıqlanıb
Bakı, 4 iyun, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə qəbul olmaq üçün I ixtisas qrupu üzrə iyunun 4-də keçirilən imtahanda istifadə olunan test tapşırıqlarının düzgün cavablarını təqdim edib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, imtahanın nəticələri yaxın iki həftə ərzində elan olunacaq.
Qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları ilə DİM-in saytından tanış olmaq mümkündür.