Azərbaycan Dövlət İnformasiya Agentliyi

Birinci Türkoloji Qurultay türk xalqlarının elmi və mədəni birliyinin əsasını qoyub

Birinci Türkoloji Qurultay türk xalqlarının elmi və mədəni birliyinin əsasını qoyub

Bakı, 22 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı bu tarixi toplantının əhəmiyyətini yenidən gündəmə gətirir. 1926-cı ildə Bakıda keçirilmiş Türkoloji Qurultayda Türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul edilib, latın qrafikası əsasında vahid ümumtürk əlifbasına keçilməsi xüsusi diqqət mərkəzində saxlanılıb. Sərəncamda qeyd olunduğu kimi, Birinci Türkoloji Qurultayın vaxtilə irəli sürdüyü bir çox ideyalar müasir şəraitdə uğurla gerçəkləşdirilir. AZƏRTAC Birinci Türkoloji Qurultayın 100 illiyi ilə əlaqədar silsilə materialların verilməsinə başlayır. Bu materiallarda Qurultayın elmi irsi, onun türkologiya elminə təsiri, Qurultay iştirakçıları haqqında yazılar, həmçinin bu gün Türk dünyasının elmi əlaqələri barədə məsələlər öz əksini tapacaq. Silsilə materiallarda alimlərlə, mütəxəssislərlə, ekspertlərlə müsahibələr, elmi məqalələr, arxiv materiallarına əsaslanan yazılar yer alacaq.

AZƏRTAC-a müsahibəsində Qarabağ Universitetinin Elm şöbəsinin müdiri filologiya elmləri doktoru Elçin İbrahimov bildirib ki, Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay XX əsr türkologiya elminin inkişafında, türk xalqları arasında mədəni və elmi inteqrasiyanın dərinləşməsində mühüm hadisə olub. Qurultay yalnız əlifba və dil məsələlərinə deyil, həm də ümumtürk birliyi ideyasına konseptual elmi əsas verib.

Müsahibimiz qeyd edib ki, XX əsrin əvvəlləri türk xalqları üçün həm milli oyanış, həm də yeni mədəni ideyaların formalaşdığı bir dövr idi. Sovet hakimiyyətinin ilk illərində türk respublikaları arasında dil, mədəniyyət və maarif sahəsində əlaqələrin möhkəmləndirilməsi məsələsi gündəmə gəlmişdi. Bu şəraitdə ortaq əlifba və ortaq ədəbi dil ideyası xüsusilə aktual idi.

“1926-cı il fevralın 26-dan martın 6-dək Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay həmin ideyanın reallaşması üçün elmi platforma rolunu oynadı. Qurultayda 131 nümayəndə iştirak etmiş, 17 iclasda 38 məruzə dinlənilmişdi. Qurultayın təşkilatçısı və ideya mərkəzi Azərbaycan idi. Məşhur İsmailiyyə Sarayında keçirilən bu toplantıya dövrün görkəmli dilçiləri, tarixçiləri və maarifçiləri toplanmışdı. Vasili Bartold, Fuad Köprülüzadə, Bəkir Çobanzadə, Hənəfi Zeynallı kimi elm adamlarının iştirakı tədbirə beynəlxalq elmi status qazandırmışdı.

Qurultayda əsasən ortaq türk əlifbasına keçid və latın qrafikasının tətbiqi, terminologiyanın vahidləşdirilməsi, tədris-metodika və maarif sisteminin uyğunlaşdırılması, dialektlərin təsnifatı və ortaq ədəbi dilin formalaşdırılması, dil əlaqələrinin ulu dil konsepsiyası ilə elmi əsaslandırılması kimi məsələlər müzakirə olunmuşdu”, - deyə Elçin İbrahimov əlavə edib.

Alim bildirib ki, latın qrafikasına keçid məsələsi Qurultayda geniş dəstək qazandı və türk xalqları arasında mədəni yaxınlaşmanın təməl daşı kimi qəbul olundu. Qərarların qəbulundan sonra türkdilli respublikalar arasında əlifba birliyi istiqamətində mühüm addımlar atılıb. Bu, həm təhsil sistemində, həm də elmi ədəbiyyatın vahidləşdirilməsində ciddi rol oynamışdı.

“Birinci Türkoloji Qurultay sıradan bir elmi toplantı deyildi. O, türk xalqlarının ortaq mədəni və dil birliyinə doğru atılmış ilk sistemli addım idi. Qurultayın keçirilməsi ilə Bakı türkologiyanın beynəlxalq mərkəzinə çevrildi, burada “Sovetskaya tyurkologiya” jurnalı kimi nüfuzlu nəşrlər meydana gəldi. Qurultayın qərarları bir çox türk respublikasında latın əlifbasına keçidin əsasını qoydu.

Ötən əsrin 30-cu illərinin sonlarında sovet repressiyaları bu elmi hərəkatın da taleyinə ağır təsir göstərdi. Qurultayın aparıcı fiqurları - Bəkir Çobanzadə, Ruhulla Axundov, Hənəfi Zeynallı, Vəli Xuluflu və başqaları “millətçilik” ittihamı ilə repressiya olundular. Bu hadisələr sonralar rus alimləri Aşnin, Aplatov və Nasilov tərəfindən “məhv edilmiş türkologiya” adlandırılıb.

Bununla belə, Qurultayın ideyaları xalq yaddaşından və elmi mühitdən tamamilə silinmədi. Sonrakı onilliklərdə Ziya Bünyadov, Adil Babayev kimi alimlərin tədqiqatları bu mövzunun yenidən gündəmə gəlməsinə şərait yaratdı”, - deyə E.İbrahimov vurğulayıb.

Azərbaycan müstəqillik qazandıqdan sonra Birinci Türkoloji Qurultayın dövlət səviyyəsində yüksək dəyərləndirildiyini bildirən alim deyib ki, 2005-ci ildə Qurultayın 80 illiyi, 2016-cı ildə isə 90 illiyi rəsmi şəkildə qeyd edildi.

“Müasir dövrdə Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq əlifba və orfoqrafiya məsələsi yenidən strateji məsələ kimi aktuallaşıb. Qazaxıstan və Özbəkistanın latın qrafikasına keçməsi, Türkiyə və Azərbaycanın mövcud təcrübəsi bu prosesin real əsaslarını gücləndirir. Müasir türkoloji mühitdə Qurultayın ideyalarının yenidən elmi əsaslarla işlənməsi və ortaq yazı sisteminin tətbiqi Türk dünyasının inteqrasiyasına xidmət edən vacib istiqamətlərdəndir.

Birinci Türkoloji Qurultay türk xalqlarının elmi, mədəni və dil birliyi istiqamətində atılmış strateji addım olub. Qurultay ideyalarının müasir dövrdə yenidən aktuallaşması bu birliyin dərinləşməsi üçün real imkanlar açır. Ortaq əlifba və orfoqrafiyanın yaradılması yalnız texniki məsələ deyil, həm də ortaq kimliyin möhkəmlənməsi baxımından böyük tarixi və ideoloji əhəmiyyət daşıyır”, - deyə E.İbrahimov fikrini yekunlaşdırıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Millətlər Liqası: Türkiyə Belçikaya uduzub, Fransa İtaliya ilə heç-heçə edib

Fransada lisey şagirdlərinin etirazlarında 5000-dən çox insan saxlanılıb

3 oktyabr 1993-cü il müstəqil Azərbaycanın inkişaf mərhələsinin başlanğıcıdır RƏY

Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib

Husilər: Səudiyyə Ərəbistanı son sutka ərzində Yəmənə 94 hava zərbəsi endirib

Şimali Kiprdə batan gəminin qəza səbəbi açıqlanıb

G7 ölkələri İranı enerji təhlükəsizliyini pozmaqda günahlandırıblar

“Fənərbağça”dan paylaşım: Salam, qardaş, Can Azərbaycan!

“The Guardian”: Qərb ölkələri səfirliklərini Kiyevdən köçürə bilər

Azərbaycanın U-19 futzal millisinin seçmə mərhələdəki rəqibləri müəyyənləşib

Avrozonada inflyasiya 3 ilin ən yüksək səviyyəsindədir

Oğuzda intellektual bilik yarışının qalibləri bəlli olub

Üzgüçülük üzrə Dünya Kubokunun ikinci yarış günü yekunlaşıb

Avropada təbii qaz qiymətləri həftəlik müqayisədə 2,5 faiz artıb

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Naxçıvanda avtomobil piyadanı vurub VİDEO

Fatih Birol: Dizel qiymətləri inflyasiya rəqəmlərinə yuxarı istiqamətli təzyiq göstərəcək

Sankt-Peterburqda yeni Azərbaycan dili dərsliyi nəşr olunub

İrkutsk vilayətində taun xəstəliyinə yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilən pasiyent vəfat edib

Müdafiə sənayesi və daxili təhlükəsizlik bir məkanda: “ADEX 2026” və “Securex Caspian” FOTOREPORTAJ

Qarabağdakı tələbə və influenserlərin yeni təşəbbüslərinin reallaşdırılması imkanları müzakirə edilib

DTX süni intellekt vasitəsilə həyata keçirilən kiberdələduzluq halları ilə bağlı növbəti xəbərdarlıq edib

Avropa İttifaqı Şurasının üzvləri işğaldan azad olunmuş ərazilərə səfər ediblər

Bu saata olan əsas xəbərlər

“ADEX 2026”da süni intellekt və təhlükəsiz rəqəmsal sistemlər müzakirə olunub

Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Ağdam rayonunda olublar VİDEO

“DOST Müfəttiş” layihəsinin iştirakçıları mükafatlandırılıblar

Azərbaycanın sənətkarlıq ənənələri “CraftIstanbul” sərgisində təqdim olunur

Yeni Azərbaycan Partiyasının VIII Qurultayı başa çatıb YENİLƏNİB

Pastodan Bakıya: Daniel de la Kruz Kolumbiyanın sənətkarlıq ənənələrini təqdim edir MÜSAHİBƏ

Fatimə Alkərəmova: Məqsədim Özbəkistandakı yarışda da ölkəmizi layiqincə təmsil etməkdir

YAP-ın VIII Qurultayı: Zəfərdən doğan yeni siyasi reallıqlar

Vəfa Aşumova: Azərbaycan üslubunda hazırlanan kuklalar avropalı tamaşaçılarda heyranlıq doğurur - MÜSAHİBƏ

Təl-Əviv Universitetinin professoru BDU tələbələri üçün ustad dərsi keçib

G7 ölkələri neft və dizel ehtiyatlarından 100 milyon barel istifadə edəcək

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb

FHN: Maarifləndirmə fəaliyyəti risklərin qabaqlanmasına yönəlmiş preventiv kommunikasiya mexanizmi kimi çıxış edir

Azərbaycan və Moldova milli teatrları arasında əməkdaşlıq memorandumu imzalanıb

"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib

Nazir: DOST xidmətləri infrastrukturunun genişləndirilməsi işləri davam edəcək

Kəlbəcərdə səyyar tibbi xidmət təşkil olunub

“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib

DİM: Hərbi xidmətə və mülki işə qəbul imtahanında 21 nəfər uğur qazanıb

Azərbaycan diri heyvan ixracını 38 dəfədən çox artırıb – QRAFİK

Salyanda və Saatlıda ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb

“PeşəFest-2026”nın növbəti dayanacağı Qazax olub

Prezident İlham Əliyevin orta güc, ideoloji modernləşmə və İslam həmrəyliyi mesajları - TƏHLİL

Azər Qasımzadə: Strateji əhəmiyyətli binaların texniki vəziyyəti 7/24 rejimində izləniləcək

“Bitcoin”in qiyməti 87 min dollara çatır

Birgə layihələr Azərbaycan və Türkiyənin regional iqtisadi rolunu gücləndirir - ŞƏRH

YAP-ın VIII Qurultayı Azərbaycanın yeni inkişaf mərhələsinin hədəflərini müəyyənləşdirir ŞƏRH

Azərbaycanın turizm potensialı Avstriyada təqdim edilib

Əlcəzairdə Cənub Hidrogen Dəhlizi layihəsi üzrə Bəyannamə imzalanıb

Gülçöhrə Məmmədova: Yeni laboratoriya binaların zəlzələyə davamlılığının diaqnostikasına imkan verir

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkında bəbirlərin sayı artır VİDEO

Bəxtiyar Aslanbəyli: bp-nin AzMİU-da təqdim etdiyi laboratoriya tədris və elmi-tədqiqat proseslərinə töhfə verəcək

“Şəhərsalma və Memarlıq İli”: Şəkidə memarlıqla yaddaşın görüşdüyü məkan

Ədliyyə naziri Xankəndi şəhərində vətəndaşların müraciətlərini dinləyib

Baş direktor “ADEX 2026” sərgisində görüşlər keçirib

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları dinləyəcək

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Ağdaşda vətəndaşların müraciətini dinləyib

AzMİU-da Cənubi Qafqazda ilk olan seysmik monitorinq laboratoriyası yaradılıb

Məkkə Müdafiə Sazişi çərçivəsində fövqəladə iclas olacaq

Nazir müavini: Müdafiə sənayesində innovasiya və insan kapitalının inkişafı istiqamətində mühüm işlər görülür

Azərbaycan ilə Dünya Bankı maliyyə əlçatanlığı və nəqliyyat sahəsində əməkdaşlığı nəzərdən keçirib

Dünyanın tanınmış zəlzələ mühəndisləri AzMİU-da bir araya gəliblər

Pedaqoji Universitet 40 ixtisaslaşma üzrə yeni proqram hazırlayıb

AQTA əməkdaşları beynəlxalq sertifikat proqramında iştirak ediblər

Azərbaycan uzunmüddətli investisiya tərəfdaşlıqlarını inkişaf etdirmək niyyətindədir ŞƏRH

Hafiz Paşayev: Azərbaycanın qarşısında duran məqsədlər 35 il əvvəlkindən tamamilə fərqlidir

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Yerli istehsal olan lazer sistemi: 8 kilometrdə hədəfləri təyin etmək və izləmək mümkündür VİDEO

Əməkhaqqı və sosial ödənişlərin artırılması iqtisadi fəallığa müsbət təsir göstərə bilər – AÇIQLAMA

Dövlət məktəblərində çalışan ən gənc müəllimin 19 yaşı var – MÜTDA

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Avropa İttifaqı Şurasının üzvləri Xankəndidə olublar VİDEO

Gəncə–Daşkəsən iqtisadi rayonunda məskunlaşma prosesləri öyrənilib

Dillər arasında körpü: Azərbaycan–urdu ədəbi tərcümələrinin təqdimatı

Dünya bazarında neftin qiymətini yalnız təklif müəyyən etmir

Zöhrə Əliyeva: “Qaya” sadəcə bir ansambl deyil, mahnı teatrıdır

Böyük Qayıdış yeni mərhələdə: dayanıqlı məskunlaşma və iqtisadi inkişaf – ŞƏRH

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Bakıda cüdo üzrə dünya çempionatı öncəsi Fəxri xiyaban və Zəfər abidəsi ziyarət edilib VİDEO

Xankəndidə Kommunikasiya üzrə İşçi Qrupun növbəti iclası olub

Dünya Bankı ilə “FIN-GROW” layihəsinin əsas istiqamətləri üzrə fikir mübadiləsi aparılıb

Agentlik: Bu günə qədər 7 minə yaxın müəllimin müsahibəsi yekunlaşıb

Azərbaycanda duru bitki yağları istehsalı 36 faiz artıb – QRAFİK

“Booking.com” mühəndisi Ləman Məmmədova: Süni intellekt proqramçıların iş formasını artıq dəyişib - MÜSAHİBƏ

Azərbaycan Sahibkarlar Konfederasiyası “Bir kəmər, bir yol” Qlobal Forumuna üzv qəbul edilib

“PAŞA Holdinq”: Maliyyə bazarlarının inteqrasiyası region iqtisadiyyatlarının böyüməsi üçün yaxşı addım olar

Avropa İttifaqı ilə Azərbaycanın regional bağlantılarda rolu və Orta Dəhlizin imkanları dəyərləndirilib

Avrokomissar: Azərbaycanın regional bağlantıların inkişafı ilə bağlı iddialı planları var

Bu il MİQ vasitəsilə neçə müəllim işə qəbul edilib?

Umud Mirzəyev: BMT Komitəsinin sənədində itkin azərbaycanlılarla bağlı mühüm məsələlər yer alıb

® ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib

Şəhərlərarası 5, eləcə də paytaxtın 2 şəhərətrafı marşrutu üzrə müsabiqələrin qalibləri müəyyənləşib

Vüqar Rəhimzadə: YAP VIII Qurultayda qarşıya yeni hədəflər və vəzifələr qoyur

“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb

Konqoda Ebola virusundan ölənlərin sayı 4018-ə çatıb

Bahar Muradova: Yeni Nizamnamə müasir və çevik partiya quruculuğunun hüquqi əsaslarını müəyyənləşdirir

Ağdam Sənaye Parkında yağ istehsalı müəssisəsi yaradılır

Azərbaycanın dövlət ümumi təhsil müəssisələrində 121 mindən çox müəllim çalışır