BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN ALİ FEDERASİYA ŞURASI ŞEYX XƏLİFƏ BİN ZAİDİ PREZİDENT SEÇMİŞDİR
AZƏRTAC İTAR-TASS Agentliyinə istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) mərhum Prezidenti şeyx Zaid bin Sultan Al Nəhyanın böyük oğlu 56 yaşlı şeyx Xəlifə bin Zaid Al Nəhyan dekabrın 2-də yaranmasının 33-cü ildönümünü qeyd edəcək dövlətin tarixində ikinci prezident olmuşdur.
Şeyx Xəlifə dövlətin tərkibinə daxil olan yeddi əmirliyin hökmdarlarından ibarət Ali Federasiya Şurası tərəfindən prezident seçilmişdir. 86 yaşlı şeyx Zaidin vəfatınadək şeyx Xəlifə Abu-Dabi əmirliyinin taclı şahzadəsi olmuşdur.
BƏƏ Konstitusiyasına əsasən, dövlətin başçısı ölkədə ali dövlət hakimiyyəti orqanı olan Ali Federasiya Şurası tərəfindən seçilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:29]
Fariz Əliyev: Zəngəzur dəhlizi regionda oyunu dəyişən amil kimi çıxış edəcək
- 06.10.2026 [18:28]
Hörmüz boğazında daşıma xərcləri 5 dəfə artıb
- 06.10.2026 [17:09]