BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN PREZİDENTİ ƏLAHƏZRƏT ŞEYX XƏLİFƏ BİN ZAİD AL NƏHYANA
Əlahəzrət,
Milli bayramınız - Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaranması günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin daim genişlənməsi məmnunluq doğurur. Ümidvaram ki, ikitərəfli münasibətlərimiz xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Birləşmiş Ərəb Əmirliklərinin xalqına sülh və rifah arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 27 noyabr 2004-cü il.