Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Gürcüstanda rəsmi səfərdədir
Tbilisi, 19 sentyabr, AZƏRTAC
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Gürcüstana rəsmi səfərə gəlib.
AZƏRTAC xəbər verir ki, Tbilisi Beynəlxalq Hava Limanında rəsmi qarşılanma mərasimi olub. Birləşmiş Ərəb Əmirliklərinin Prezidentini Gürcüstanın Baş naziri İrakli Kobaxidze qarşılayıb. Hər iki ölkənin Dövlət himnləri səsləndirilib.
Hazırda Hökumət Administrasiyasında Gürcüstan və Birləşmiş Ərəb Əmirliklərinin Nazirlər Kabinetinin üzvlərinin iştirakı ilə iki liderin geniş tərkibdə görüşü keçirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:24]
Yunanıstan BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etməyə başlayıb
- 01.10.2026 [13:08]
ABŞ-nin sutkalıq neft hasilatı 14 milyon barelə çatır
- 01.10.2026 [12:58]
Birləşmiş Ştatların neft ehtiyatları artır
- 01.10.2026 [12:51]
Qazaxıstanda yaşlı əhalinin sayı 2,9 milyona yaxınlaşıb
- 01.10.2026 [12:39]