Birləşmiş Ştatların neft ehtiyatları azalıb
Bakı, 4 fevral, AZƏRTAC
ABŞ-ın xam neft ehtiyatları azalır.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 1 milyon barrel (0,2 faiz) azalaraq 475,7 milyon barrel olub. Bazar proqnozları ehtiyatların 367 min barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 9,9 milyon barrel azalmışdı.
ABŞ-ın strateji neft ehtiyatları dəyişməyərək 638,1 milyon barrel olub.
Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 4,5 milyon barrel (1,8 faiz) artaraq 252,2 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların azalacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 2,5 milyon barrel artmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [15:05]
İnsanabənzər robotlar erası başlayır: Ötən il dünyada 7 min android satılıb
- 21.09.2026 [14:49]
Türkiyənin “Sıfır Tullantı” təcrübəsi COP31-də qlobal miqyasda paylaşılacaq
- 21.09.2026 [14:13]
Hörmüz boğazında gəmi vurulub
- 21.09.2026 [14:00]
Gürcüstan ilə Avropa Şurası arasında münasibətlər yenidən gərginləşə bilər
- 21.09.2026 [13:08]
Misirdə müxtəlif dövrlərə aid qədim məzarlar aşkarlanıb
- 21.09.2026 [12:18]
İran aviaşirkətləri Gürcüstana uçuşları dayandırıb
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]