BİŞKEKDƏ “TÜRK BİRLİYİ” GECƏSİ KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Qırğızıstanın paytaxtı Bişkekdə Beynəlxalq “TÜRKEL” İctimai Fondu və “TÜRKEL” qəzeti idarə heyətinin birgə təşkilatçılığı ilə türkdilli xalqların dostluğuna, birliyinə və həmrəyliyinə həsr olunmuş “Türk birliyi” gecəsi keçirilmişdir.
Fondun vitse-prezidenti, “TÜRKEL” qəzetinin baş redaktoru Ramiz Məşədihəsənli bu cür tədbirlərin türkdilli xalqlar arasında birliyin və həmrəyliyin daha da möhkmlənməsindəki müsbət rolundan danışmışdır.
Azərbaycanın Qırğızıstandakı səfiri Arif Ağayev “Türk birliyi” gecəsinin əhəmiyyətini vurğlamış və İsmayıl Qaspiralının “Dildə, fikirdə və əməldə birlik” kəlamının bu gün “TÜRKEL” fondunun təşkil etdiyi tədbirdə öz əksini tapdığını bildirmişdir.
Sonra səfir fondun və qəzetin idarə heyətinin qərarı ilə “Türk dünyasındakı xidmətlərinə” görə fəxri diplomlara layiq görülmüş şəxslərə mükafatlar təqdim etmişdir.
Qırğızıstanın hökumət üzvlərinin, Azərbaycanın və Türkiyənin bu ölkədəki səfirliklərinin, müxtəlif diaspor təşkilatlarının, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi “Türk birliyi” gecəsində bir çox xalqların mahnı, rəqs və şeirləri səslənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]