Bitki və heyvan növlərinin elektron məlumat bazası yaradılacaq
Bakı, 4 oktyabr, AZƏRTAC
Azərbaycanda bitki və heyvan növlərinin inventarlaşdırılması aparılacaq və elektron məlumat bazası yaradılacaq.
AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunmasına və davamlı istifadəsinə dair 2017-2020-ci illər üçün Milli Strategiya”da əksini tapıb.
Milli Strategiyaya əsasən, fauna və flora növlərinin inventarlaşdırılması və vahid məlumat bazasının yaradılması 2017-2020-ci illər ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Milli Elmlər Akademiyası tərəfindən həyata keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]