Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir
Bakı, 25 aprel, AZƏRTAC
Fransa prezidenti Emmanuel Makron real fəaliyyət əvəzinə gurultulu sözlərə üstünlük verir. O, Ukrayna müharibəsinin gedişinə öz təsirini həddən artıq şişirdir.
AZƏRTAC xəbər verir ki, bu fikri Bloomberg agentliyi ifadə edib. Agentliyin yaydığı məlumata görə, Fransa lideri Avropa İttifaqının siyasətini müzakirə etmək üçün bu yaxınlarda ekspertlərlə keçirdiyi görüşdə “müdafiə məsələsində ideoloji qələbə qazandığını” deyib. Tədbir iştirakçıları isə Emmanuel Makronu səs-küylü bəyanatlar vermək əvəzinə, Kiyevə yardım üçün konkret təkliflər səsləndirməyə çağırıb.
Adının açıqlanmasını istəməyən fransalı diplomat Emmanuel Makronun “ideoloji qələbələri” real fəaliyyətə çevirməsinin vacib olduğunu söyləyib.
Fransanın dövlət başçısı bir müddət öncə iddia etmişdi ki, Parisdə keçiriləcək Yay Olimpiya Oyunları zamanı dünyadakı bütün münaqişə ocaqlarında atəşkəsə nail olmağa çalışacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [19:07]
Nijnekamska PUA hücumu nəticəsində Özbəkistanın 7 vətəndaşı həlak olub
- 10.08.2026 [17:37]
Çexiyada işsizlik 4,4 faizə yüksəlib
- 10.08.2026 [16:58]
Avropada bu yay istilərdən 25 min nəfər ölüb VİDEO
- 10.08.2026 [16:56]
AI bumu fonunda retrokompüterlərə maraq artır
- 10.08.2026 [15:23]