“Bloomberg”: Yaxın Şərqə 23 mindən çox təyyarə reysi ləğv edilib
Bakı, 5 mart, AZƏRTAC
Fevralın 28-dən bəri Yaxın Şərq ölkələrinə 23 mindən çox təyyarə reysi ləğv edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi “Cirium” analitik şirkətinə istinadla məlumat yayıb. Məlumata görə, aviaşirkətlər region ölkələrinə və Yaxın Şərqdən 36 min uçuş həyata keçirməyi planlaşdırmışdılar. Lakin təyyarə reyslərinin yarıdan çoxu ləğv edilib. Baş tutmayan uçuşlarla səyahət edə biləcək sərnişinlərin sayı təxminən 4,4 milyon nəfərdir.
“Bloomberg”, həmçinin qeyd edib ki, hazırda İsrail, Küveyt, Suriya, İraq, İran, Bəhreyn və Qətərdə hava məkanları bağlıdır. İordaniya və BƏƏ üzərində hava məkanı qismən bağlanıb. Səudiyyə Ərəbistanı isə körfəz bölgəsində və İraq sərhədi boyunca uçuşlara məhdudiyyətlər tətbiq edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.10.2026 [17:32]
İsraildə parlament seçkiləri: Səslərin 85 faizi hesablanıb
- 28.10.2026 [16:57]
Husilər Ədən hava limanının dərhal boşaldılmasını tələb ediblər
- 28.10.2026 [16:27]
İran müharibəsi ABŞ-yə təqribən 47 milyard dollara başa gəlib
- 28.10.2026 [16:09]