BMT 27 YANVARI HOLOKOST QURBANLARININ ANIM GÜNÜ ELAN ETMİŞDİR
BMT Baş Məclisinin qətnaməsində deyilir ki, “1945-ci ilin 27 yanvarı nasistlərin “Auşvits” (“Osventsim”) həbs düşərgəsinin azad edildiyi gündür”.
İsrailin təklif etdiyi və 98 ölkənin dəstəklədiyi qətnamədəki müraciətdə Avropa Birliyinin ölkələri elə təhsil proqramları hazırlamağa çağırılır ki, həmin proqramlar “bundan sonra soyqırım aktlarına yol verilməməsi üçün Holokost tarixini gələcək nəsillərin yaddaşına həkk etsin”.
Qətnamə “Holokostun qəbul olunmamasını tarixi hadisə kimi rədd edir”, “dini dözümsüzlüyün, nifrətə təhrikin hər cür təzahürlərini, etnik və ya dini mənsubiyyətə görə insanların, yaxud birliklərin təqib edilməsini və ya onlara qarşı zorakılığı qeyd-şərtsiz pisləyir”.
Bundan əlavə, sənəddə BMT-nin baş katibindən “BMT və Holokost” proqramı yaradılması xahiş edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [15:09]
Tramp və Zelenski Parisdə görüşüblər
- 16.06.2026 [15:04]
Türkiyədə ilk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olunub
- 16.06.2026 [14:51]
Vyetnam 2030-cu ilə qədər yeddi yeni hava limanı inşa edəcək
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [13:47]