BMT-nin Baş katibi: Dayanıqlı urbanizasiyanı dəstəkləyirik
Bakı, 2 oktyabr, AZƏRTAC
Şəhərlər inklüziv, dayanıqlı artımın aparıcı qüvvəsidir. Şəhərlər bir neçə çağırışlara tab gətirməlidir. Bunlara iqtisadi şoklar, iqlim dəyişikliyi daxildir. Biz öz fəaliyyətimizdə dünyada bütün BMT sistemini səfərbər edərək dayanıqlı urbanizasiyanı dəstəkləyirik.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreşin Bakıda keçirilən Ümumdünya Məskunlaşma Gününə həsr olunmuş tədbirə ünvanlandığı məktubda yer alıb.
Məktubu BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru Maimuna Mohd Şərif oxuyub.
“Dünyəvi iqtisadiyyatların, yaşıl məkanların yaradılması, yerli iqtisadiyyatların inkişafı ərzaq istehsalına təsir göstərəcək. Həssas olan əhali qrupların müdafiə edilməsi, dəstəklənməsi, dayanıqlı infrastrukturlara investisiya qoyuluşlarının həyata keçirilməsi çox əhəmiyyətlidir”, - məktubda qeyd edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:02]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [17:38]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:12]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [15:54]
Ötən il qlobal mayeləşdirmə və yenidən qazlaşdırma gücü artıb - HESABAT
- 10.06.2026 [15:22]