BMT-NİN BAŞ KATİBİ VƏ YUNANISTANIN BAŞ NAZİRİ KİPR PROBLEMİNİ MÜZAKİRƏ ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, BMT-nin baş katibi Kofi Annan və Yunanıstanın Baş naziri Kostas Karamanlis mayın 18-də Nyu-Yorkda görüşərək, Kiprin yunanlar yaşayan hissəsi ölkənin birləşməsi planını dəstəkləməkdən imtina etdikdən sonra ada ilə bağlı problemin nizama salınmasının perspektivlərini müzakirə etmişlər.
Görüşün yekunları haqqında rəsmi məlumatda deyilir ki, Yunanıstan hökumətinin başçısı Kiprin birləşməsi məsələsinə dair aprelin 24-də referendum keçirilməsi üçün göstərdiyi səylərə görə Kofi Annana təşəkkürünü bildirmiş və öz ölkəsinin bu məqsədi dəstəklədiyini bir daha təsdiqləmişdir. BMT-nin baş katibi ümidvar olduğunu söyləmişdir ki, “ehtiraslar yatandan sonra” tərəflər onun təklif etdiyi nizamasalma planının müzakirəsinə yenidən qayıdacaqlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [19:33]
Media Forumun iştirakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar
- 01.10.2026 [19:30]
AQEM Media Forumu çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirilib
- 01.10.2026 [18:21]