BMT-nin Baş Məclisi martın 21-ini Beynəlxalq Meşə Günü elan etmişdir
Bakı, 6 yanvar (AZƏRTAC). AZƏRTAC Birləşmiş Millətlər Təşkilatının Xəbərlər Mərkəzinə istinadla bildirir ki, martın 21-i Beynəlxalq Meşə Günü elan edilmişdir.
BMT-nin Baş Məclisinin qərarı ilə 2013-cü ildən etibarən hər il martın 21-də qeyd ediləcək Beynəlxalq Meşə Günü meşələrin və meşə sahələrinin Yer kürəsində davamlı inkişaf və təhlükəsizlik üçün böyük əhəmiyyət daşımasına diqqəti cəlb etmək məqsədi güdür.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı Baş Məclisin bu qərarını alqışlamış və üzv dövlətləri həmin gün xüsusi tədbirlər, o cümlədən ağacəkmə kampaniyaları keçirilməsini dəstəkləməyə çağırmışdır.
Yer kürəsi ərazisinin quru hissəsinin 31 faizi meşələrlə örtülmüşdür. Haqlı olaraq meşələri planetimizin ağ ciyərləri adlandırırlar. Yerin ekoloji sistemləri və atmosfer arasında karbon qazı mübadiləsi prosesində meşələr mühüm yer tutur. Dünyadakı meşələrin 13 faizi xüsusi qorunan təbii ərazilərə aiddir. Son illərdə meşələrin qırılması, deqradasiya və yanğınlar nəticəsində Yer kürəsində meşələrin təhlükəli dərəcədə azalması meylləri bütün beynəlxalq birliyi ciddi narahat edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.06.2026 [13:02]
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb
- 13.06.2026 [12:47]
Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq
- 12.06.2026 [18:51]
Bəzi yerlərdə yağış yağır – FAKTİKİ HAVA
- 12.06.2026 [15:31]
Qəbələdə zəlzələ olub
- 12.06.2026 [12:47]