BMT-nin İnkişaf Proqramının rəhbəri Azərbaycana səfərə gələcək
Bakı, 25 sentyabr (AZƏRTAC). Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) rəhbəri Helen Klark oktyabrın 1-də Azərbaycana səfərə gələcək. BMT-nin İnkişaf Proqramının Bakıdakı nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, səfərin məqsədi Azərbaycanın dayanıqlı inkişafı üçün təşkilat tərəfindən yüksək səviyyədə dəstəyin verilməsi, hökumətin iqtisadi və sosial inkişaf sahələrində uğurları ilə tanış olmaq və Azərbaycanın tam hüquqlu donor icmasına qoşulması yolunda hazırlığını yoxlamaqdır.
Səfər çərçivəsində UNDP rəhbəri bir sıra görüşlər keçirəcək. Onun IV Bakı Beynəlxalq Humanitar Forumunda iştirakı da nəzərdə tutulur.
Səfər oktyabrın 4-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [21:25]
Bakı–Naxçıvan marşrutu üzrə bəzi reyslər hava şəraitinə görə təxirə salınıb
- 13.06.2026 [20:11]
Şamaxıda II Beynəlxalq Barbekü Festivalı başlayıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub VİDEO
- 13.06.2026 [17:25]
“Milli Qurtuluş Günü: Zəfər yolunun başlanğıcı”
- 13.06.2026 [16:27]
Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Mədəniyyət Günlərinin açılışı olub
- 13.06.2026 [14:28]