BMT TƏHLÜKƏSİZLİK ŞURASI İRAN PREZİDENTİNİN BƏYANATINI PİSLƏMİŞDİR
Bir neçə ölkənin başçıları və BMT-nin baş katibi Kofi Annan da belə bəyanatlarla çıxış etmişlər. İran Prezidentinin bəyanatına cavab olaraq, İsrail BMT-nin sessiyasını keçirməyə, İranı təşkilatdan çıxarmağa çağırmış və onun hərəkətinin yekdilliklə pislənilməsini alqışlamışdır.
K.Annan bildirmişdir ki, İran Prezidentinin “İsrail Yer üzündən silinməlidir” sözləri onu dəhşətə gətirdi. O, İrana xatırlatmışdır ki, BMT üzvləri bir-birini güc işlətməklə hədələməməlidir.
Lakin İran Prezidenti öz sözlərindən imtina etmir. Oktyabrın 28-də Tehranda İsrail əleyhinə nümayişdə iştirak edən Mahmud Əhmədinejad bildirmişdir ki, onun dedikləri “haqlı və ədalətli sözlərdir”. O, Qərbin mətləbə dəxli olmayan tənqidini də rədd etmişdir. Hər il Müqəddəs Ramazan ayının axırıncı cümə günü keçirilən Fələstin xalqı ilə həmrəylik günündə Tehranın və digər şəhərlərin küçələrinə çıxan minlərlə iranlı ucadan “İsrailə ölüm!”, “Amerikaya ölüm!” şüarları söyləmiş, bu ölkələrin bayraqlarını yandırmışdır.
İsrail ilə danışıqlarda Fələstin nümayəndəsi Sahib Ərəkat isə demişdir ki, “İsraili xəritədən silməkdənsə, burada Fələstin dövlətinin meydana gəlməsinə çalışmaq lazımdır”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [13:47]
Serbiya Gürcüstanda səfirlik açacaq
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]
Yaponiya Bankı faiz dərəcələrini 31 ilin ən yüksək səviyyəsinə qaldırıb
- 16.06.2026 [12:16]