Boccia yığmamız açıq İsrail çempionatında uğurla çıxış edib
Bakı, 26 dekabr, AZƏRTAC
Azərbaycan Milli Paralimpiya Komitəsinin boccia yığması Təl- Əvivdə açıq İsrail çempionatında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, millimiz çempionata 6 idmançı ilə qatılıb. Yarışda idmançılarımızdan BC-1 kateqoriyasında Mətanət Quliyeva birinci, BC-2 kateqoriyasında Sona Ağayeva ikinci, Orxan Kərimov isə üçüncü yeri tutublar. BC-4 kateqoriyasında Bəhruz Mirzəyev bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Xəyal İslamov isə ikinci pillədə qərarlaşıb.
Çempionatın sonunda Azərbaycan və İsrailin BC-1, BC-2 komandaları və BC-4 cütlükləri güclərini sınayıblar. Görüşlər milli komandamız qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə cari ilin martında Boccia İdman Federasiyası yaradılıb. Vüqar Əsgərov federasiyaya vitse-prezident, İlham Məhərrəmov isə baş katib vəzifələrinə seçiliblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]