BOK-UN QİYMƏTLƏNDİRMƏ KOMİSSİYASI MADRİDƏ GƏLMİŞDİR
Beynəlxalq Olimpiya Komitəsi qiymətləndirmə komissiyasının üzvləri 2012-ci il Olimpiadasının İspaniya paytaxtında keçirilməsi şərtlərini və imkanlarını öyrənmək məqsədi ilə Madridə gəlmişlər. Onlar fevralın 6-dək burada nəqliyyat kommunikasiyalarının, idman qurğularının vəziyyətini yoxlayacaq, tikilməkdə olan “Peyneta” Olimpiya stadionu, Madridin yenidən qurulmuş idman sarayı, “Santyaqo Bernabeu” və “Visente Kalderon” futbol stadionlarına gedəcəklər.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, komissiyanın üzvləri fevralın 16-da Londonda, fevralın 21-də Nyu-Yorkda, martın 9-da Parisdə və martın 14-də Moskvada olacaqlar.
BOK-un qiymətləndirmə komissiyasına Los-Anceles Olimpiadasının (1984) maneələri dəf etməklə 400 metr məsafəyə qaçış üzrə çempionu mərakeşli Nəval əl-Mütəvəkkil başçılıq edir.
Bu ilin mayında BOK-un qiymətləndirmə komissiyasının yekun sənədi açıqlanacaq, iyulun 6-da təşkilatın Sinqapurda keçiriləcək 117-ci sessiyasında 2012-ci ilin Olimpiya oyunlarını keçirmək hüququ alacaq şəhəri müəyyənləşdirmək üçün səsvermə olacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [12:56]
NTD üç yerli basketbolçu transfer edib
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]
Afrika Millətlər Kuboku üçün alternativ ev sahibləri axtarılır
- 29.09.2026 [11:23]
Bakıdakı Dünya Kubokunda 44 ölkədən 216 üzgüçü mübarizə aparacaq
- 29.09.2026 [11:02]
“Xankəndi” klubunun yeni baş məşqçisi bəlli olub
Bu saata olan əsas xəbərlər
- [12:01]
Suriyada qaz kəməri partladılıb
- [10:42]
Bu gün Ümumdünya Ürək Günüdür
- [09:05]