Boksçumuz Avropa birinciliyində yarımfinala yüksəlib
Bakı, 19 aprel, AZƏRTAC
Azərbaycan idmançısı Kənan Babayev Bolqarıstanın paytaxtı Sofiyada gənc boksçular arasında keçirilən Avropa birinciliyində növbəti döyüşünü keçirib.
AZƏRTAC xəbər verir ki, ölkə çempionu dörddəbir finalda Gürcüstanı təmsil edən Oruc Əhmədovla qarşılaşıb. İlk görüşündə türkiyəli Telet Yağlını mübarizədən kənarlaşdıran boksçumuz ikinci döyüşünü də aktivinə yazıb. Birincilikdə 48 kiloqram çəki dərəcəsində qüvvəsini sınayan K.Babayev rəqibinə 5:0 (29:28, 30:27, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gəlib.
Təmsilçimiz bu qələbə sayəsində yarımfinala yüksəlməklə yanaşı, özü üçün ən azı bürünc medalı da təmin edib. O, aprelin 20-də təşkil olunacaq yarımfinal görüşündə irlandiyalı Tedi Coysla münasibətinə aydınlıq gətirəcək.
Qeyd edək ki, yarışda daha 2 boksçumuz dörddəbir final döyüşünə çıxacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [17:50]
Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR
- 08.10.2026 [16:46]
“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb
- 08.10.2026 [16:43]
Azərbaycan Kubokunda daha üç oyun keçirilib
- 08.10.2026 [16:12]
MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər
- 08.10.2026 [15:33]
Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb
- 08.10.2026 [15:12]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq
- 08.10.2026 [14:18]
“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb
- 08.10.2026 [14:05]