Boksçumuz Məhəmmədrəsul Məcidov IV İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb
Bakı, 12 may, S.Allahverdiyeva, H.Mahmudova, AZƏRTAC
Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov IV İslam Həmrəyliyi Oyunlarına qələbə ilə başlayıb.
AZƏRTAC xəbər verir ki, 91 kiloqramdan yuxarı çəki dərəcəsində qüvvəsini sınayan Məhəmmədrəsul Məcidov 1/8 finalda qazaxıstanlı Nurlan Saparbayla qarşılaşıb. Döyüş ikiqat dünya çempionumuzun qələbəsi ilə yekunlaşıb. Rəqibini II raunda nokdauna da salan M.Məcidov yekunda 5:0 hesabı ilə qalib gəlib.
O, 1/4 finalda Uosri Hafizlə (Misir) döyüşəcək. Görüş mayın 15-də olacaq.