Boksçumuz Rüfət Hüseynovun “Bakı-2017”də ilk rəqibi müəyyənləşib
Bakı, 13 may, S.Allahverdiyeva, H.Mahmudova, AZƏRTAC
IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan millisinin daha bir boksçusunun rəqibi dəqiqləşib.
AZƏRTAC xəbər verir ki, 49 kiloqram çəki dərəcəsində mübarizə aparacaq Rüfət Hüseynov 1/4 finalda Omid Əhmadisafa (İran) ilə üz-üzə gələcək.
Yeniyetmələrin Olimpiya Oyunlarının qalibinin rəqibinin adına bu gün keçirilən 1/8 final döyüşündən sonra aydınlıq gəlib. Tolqahan Öztürkü (Türkiyə) mübarizədən kənarlaşdıran iranlı ilk mərhələdən azad olan təmsilçimizlə qarşılaşmaq hüququ əldə edib.
R.Hüseynovun O.Əhmadisafa ilə görüşü mayın 15-də olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.10.2026 [18:59]
Kompani “Bavariya”ya milli komandaların oyunlarından sonra qayıdacaq
- 29.10.2026 [16:41]
“Zirə”nin futbolçusu: Kubok matçının taleyini ilk hissədə həll edə bilərdik
- 29.10.2026 [16:30]