Bolqarıstan Prezidenti Tehrandakı səfirliyimizdə baş vermiş hadisəyə münasibət bildirib
Sofiya, 28 yanvar, AZƏRTAC
Bolqarıstan Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktından dərin kədər hissi keçirir, bu hadisəni qəti şəkildə pisləyir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Bolqarıstan Prezidenti Rumen Radev tviter hesabında yazıb. O bildirib ki, Bolqarıstan ötən gün Azərbaycanın Tehrandakı səfirliyində baş vermiş hadisəni pisləyir və hər hansı belə hücumu qəbuledilməz hesab edir. Bolqarıstanın dövlət başçısı qeyd edib ki, ölkəsi Azərbaycan Prezidenti İlham Əliyevin hadisə ilə bağlı hərtərəfli araşdırmaya çağırışını dəstəkləyir və həlak olanların ailələrinə başsağlığı verir.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [13:05]
Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib
- 30.09.2026 [12:21]
Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir
- 30.09.2026 [11:10]
Milli Məclisin payız sessiyası işə başlayıb: müzakirəyə 16 məsələ çıxarılıb
- 30.09.2026 [10:41]