Bolqarıstanda koronavirusla mübarizə üçün qərargah yaradılıb
Sofiya, 26 fevral, AZƏRTAC
Bolqarıstan Təhlükəsizlik Şurasının iclasında ölkədə koronavirusa qarşı fəaliyyət göstərən qərargahın yaradılması barədə qərar qəbul edilib. Qərargahın rəhbəri hərbi-tibbi akademiyanın baş həkimi Ventsislav Mufatçiyski təyin edilib. Yaxın günlərdə epidemiya ilə mübarizə üzrə təlimlər keçiriləcək. Bolqarıstanın quru sərhədlərində ölkəyə daxil olanların hərarətini ölçən cihazlar yerləşdirilir. Bolqarıstan “Bulqar Air” milli aviasiya şirkəti Milana bütün uçuşları ləğv edib. Ölkənin təhsil nazirliyi İtaliyaya təşkil olunmuş səfərləri dayandırır. Qeyd edək ki, İtaliyanın koronavirusla üzləşdiyi bölgələrdə 1500 bolqar vətəndaşı yaşayır. Ümumiyyətlə bu ölkələr arasında çox sıx əlaqələr mövcuddur.
İqbal Hacıyev
AZƏRTAC-ın xüsusi müxbiri
Sofiya
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]
“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]