Bolqarıstanlı şahmatçı Veselin Topalov V Vüqar Həşimov Memorialında liderliyini davam etdirir
Şəmkir, 23 aprel, AZƏRTAC
Aprelin 23-də Şəmkirdə V Vüqar Həşimov Memorialında beşinci turun görüşləri keçirilib.
AZƏRTAC xəbər verir ki, bu turda norveçli dünya çempionu Maqnus Karlsen Polşa təmsilçisi Radoslav Voytaşekə, Bolqarıstan şahmatçısı Veselin Topalov isə çexiyalı David Navaraya qalib gəlib.
Turun digər partiyalarında Şəhriyar Məmmədyarov hollandiyalı Aniş Giri ilə, Teymur Rəcəbov Çin idmançısı Dinq Lirenlə, Rauf Məmmədov isə rusiyalı Sergey Karyakinlə heç-heçə edib.
Hesabında 3,5 xal olan V.Topalov liderliyini davam etdirir. M.Karlsen 3 xalla ikinci yerdə qərarlaşıb. T.Rəcəbov, R.Məmmədov, A.Giri, D.Liren, S.Karyakin 2,5 xalla 3-7-ci, Ş.Məmmədyarov, D.Navara və R.Voytaşek isə 2 xalla 8-10-cu pilləni bölüşürlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [19:30]
Yeqor Kornyev: Dünya rekordunu təkrarlamaq mənim üçün böyük məna kəsb edir
- 02.10.2026 [18:38]
"Fənərbağça" yoldaşlıq oyunu üçün Bakıya gəlib
- 02.10.2026 [18:32]
“Neftçi” yoxlama oyununda “Araz-Naxçıvan”a qalib gəlib
- 02.10.2026 [16:47]
“Sabah”ın futbolçusu Azərbaycanın U-20 millisinin heyətindən çıxarılıb
- 02.10.2026 [16:09]
Bakıda dünyanın ikinci ən böyük qapalı xizək mərkəzi fəaliyyətə başlayıb
- 02.10.2026 [16:02]
Renat Dadaşov Litva ilə matçda oynaya bilər
- 02.10.2026 [15:18]