Bosniya və Herseqovina futbol millisinin qapıçısı Azərbaycana dəstək nümayiş etdirib
Bakı, 2 oktyabr, AZƏRTAC
Bosniya və Herseqovina futbol millisinin üzvü İbrahim Şehiç Azərbaycan Ordusuna dəstək nümayiş etdirib.
AZƏRTAC xəbər verir ki, qapıçı “Facebook” hesabında “Əziz dostlarım üçün dua edirəm. Qarabağ Azərbaycandır!”, - şərhini paylaşıb. Bununla da, İ.Şehiç Ermənistanla Azərbaycan arasında hazırda müharibə getdiyini və açıq şəkildə azərbaycanlıların tərəfində olduğunu bildirib.
İ.Şehiç 2013-2018-ci illərdə Azərbaycanın Ağdam şəhərinin futbol klubu olan “Qarabağ”ın oyunçusu olub.
1993-cü ildə Dağlıq Qarabağ bölgəsindəki müharibə zamanı çoxlarının indi "Qafqazın Xirosiması" adlandırdığı şəhərin tamamilə məhv edilməsi səbəbindən futbol klubu Bakıya köçmək məcburiyyətində qalıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [20:28]
Saatlıda gənclərin kompüter savadlılığının artırılması müzakirə olunub
- 29.09.2026 [20:27]
Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib
- 29.09.2026 [18:13]
Amerikalı basketbolçu Azərbaycan klubuna keçib
- 29.09.2026 [17:28]
Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək
- 29.09.2026 [17:09]
Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib
- 29.09.2026 [16:34]