Bosniya və Herseqovinanın xarici işlər naziri Türkiyədə səfərdədir
İstanbul, 16 noyabr, AZƏRTAC
Bosniya və Herseqovinanın xarici işlər naziri Elmedin Konakoviç Türkiyəyə səfər edib.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Ankarada E.Konakoviç ilə Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında görüş olub.
Sonra nazirlər mediaya birgə açıqlama veriblər. Bildirilib ki, görüş zamanı iki ölkə arasında əməkdaşlıq sahələri və qarşılıqlı münasibətlərlə yanaşı, İsrail-Fələstin qarşıdurması da müzakirə olunub.
Nazirlər bölgədə sabitliyin bərqərar olması üçün Yaxın Şərqdə baş verən münaqişənin təcili dayandırılmasının, dünya ictimaiyyətinin, xüsusilə Avropa ölkələrinin davam edən gərginliyin aradan qaldırılması istiqamətində addımlar atmasının vacibliyini vurğulayıblar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [12:44]
İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib
- 05.10.2026 [12:29]
Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir
- 05.10.2026 [12:06]
Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb
- 05.10.2026 [11:29]