Böyük Britaniyada koronavirus əleyhinə antikorların sınağı üçün könüllülər axtarılır
London, 26 iyun, AZƏRTAC
Böyük Britaniyada koronavirus əleyhinə hazırlanan antikorların sınağı üçün könüllülər axtarılır. Test üçün Milli Səhiyyə Xidməti və başqa dövlət qurumlarından olan işçilər də müraciət edə bilərlər.
İctimai səhiyyə təşkilatı sınaq üçün 2500 könüllünün tələb olunduğunu açıqlayıb. Martda hökumət 3,5 milyon test alıb.
Alimlər testlərin keçirilməsində əsas məqsədin koronavirusla mübarizəyə dair anlayışları daha da inkişaf etdirmək olduğunu açıqlayıblar.
Qeyd edək ki, antikorlar insan bədəninin virusla mübarizə üçün istehsal etdiyi xüsusi zülallardır. Əgər qanın tərkibində müəyyən antikorlar aşkar edilərsə, bu, o deməkdir ki, həmin şəxs artıq yoluxucu bir xəstəlik keçirib, lakin bu barədə məlumatı olmaya bilər.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:41]
Rəsmi Kiyev 5 fərqli atəşkəs formatı üzərində işləyir
- 07.10.2026 [17:46]
Yəməndə köçkünlərin sayı 200 mini keçib
- 07.10.2026 [17:37]
Dehlidə binanın çökməsi nəticəsində bir neçə nəfər yaralanıb
- 07.10.2026 [16:24]