BÖYÜK BRİTANİYADA SÜKAN ARXASINDA SİQARET ÇƏKMƏYƏ GÖRƏ CƏRİMƏ TƏTBİQ EDİLƏCƏK
Nəqliyyatın hərəkətinə nəzarətçilərin hesablamalarına görə, maşın gedərkən sükan arxasında siqaret çəkmək qəzalara gətirib çıxarır. Hər il yüzlərlə britaniyalı belə qəzaların qurbanı olur. İngiltərə Avtomobilçilər Assosiasiyası bu məsələ ilə əlaqədar bildirmişdir: “Bəzilərinə bu tədbir azadlığı məhdudlaşdırmaq təsiri bağışlayacaqdır, lakin bu, yollarda təhlükəsizliyi artırmağa yönəldilmişdir”.
Böyük Britaniyada avtomobili idarəetmə qaydaları onsuz da sərtdir. Maşını pis idarə etməyə, salonda ucadan musiqi dinlənilməsinə, yol gedərkən xəritəyə baxılmasına, kompakt disklərin dəyişdirilməsinə, yeməyə, sərinləşdirici içkilər içməyə və sərnişinlərlə kobud rəftara görə polis yerindəcə sürücünü 30 funt sterlinq məbləğində çərimələyə bilər.
Yeni qadağaya reaksiya birmənalı olmamışdır. Bəziləri bu qadağaya Böyük Britaniya hökumətinin siqaret çəkənlərin hüquqlarını bundan sonra da məhdudlaşdıracağı kimi baxırlar.
Yeni yol hərəkəti qaydaları sükan arxasında mobil telefondan istifadəyə görə cəzanı da sərtləşdirir. Mobil telefonla danışığa görə cərimə 30 funt sterlinqdən 60 funt sterlinqədək artırılır və sürücülük vəsiqəsində üç deşik açılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [15:12]
“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]
Fransa 2027-ci il üçün Aİ büdcəsinə 30,91 milyard avro ayıracaq
- 16.10.2026 [13:25]
Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
- 16.10.2026 [12:38]