Böyük Britaniyanın Baş Naziri Boris Conson ilkin sağalma mərhələsindədir
Bakı, 10 aprel, AZƏRTAC
Böyük Britaniyanın Baş Naziri Boris Conson əvvəlki kimi xəstəxanada ilkin sağalma mərhələsindədir.
AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, bu barədə Birləşmiş Krallığın hökumət dəftərxanasının nümayəndəsi məlumat yayıb.
COVID-19 xəstəliyinə yoluxan Boris Conson aprelin 9-da reanimasiyadan adi palataya keçirilib. Baş Nazir ona göstərdikləri qayğıya görə həkimlərə və tibb bacılarına təşəkkür edib.
“Baş Nazir hazırda xəstəxanadakı palatada ilkin sağalma mərhələsindədir. O, əvvəlki kimi əla əhval-ruhiyyədədir”, - deyə hökumət nümayəndəsi jurnalistlərə bildirib.
Qeyd edək ki, martın 27-də Birləşmiş Krallığın hökumət başçısı Boris Consonun koronavirusa yoluxduğu məlum olub. Həmin gündən etibarən özünü izolyasiya edən Baş Nazir aprelin 3-də hərarətinin düşmədiyini, öskürəyinin dayanmadığını bildirib. Aprelin 5-də xəstəxanaya yerləşdirilən Boris Conson ertəsi gün reanimasiyaya köçürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [20:28]
Tramp husilərə xəbərdarlıq edib
- 13.10.2026 [20:24]
ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək
- 13.10.2026 [20:21]
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir
- 13.10.2026 [18:49]
Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib
- 13.10.2026 [18:42]
Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb
- 13.10.2026 [18:37]